Şou-biznes

"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı

8 Dekabr 2025 23:44
Baxış: 314
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddət əvvəl ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova "Təsir dairəsi" verilişində qonaq olub.

Milli.Az xəbər verir ki, ifaçı studiyada daxil olduqdan sonra göz yaşlarına hakim ola bilməyib. O, kövrəlməsinin səbəbini isə belə izah edib:

"Məni bilirsiniz nə kövrəltdi? Bu mənzərəni həbsxanda olarkən gözümün qarşısına gətirmişdim. Yeririmin içində oturub sizə baxırdım, və  deyirdim ki, Lalə xanım, verilişinizə gəlib sizi qucaqlayacağam. Allah bunu mənə qismət etdi.

Həbsdə olan ilk günümdə sizdən dəstək almışam. Televizora baxa bilmirdim, mənim üçün çox çətin idi. Lalə Azərtaşı efirdə gördüm, amma eşitdim ki, başqa mövzulardan danışırsınız. Sonra mənə dedilər ki, Lalə sizdən danışır. Televizora kökləndim və gördüm deyirsiniz ki, Rəqsanəni 4 övlad gözləyir. Ədalətli bir qərar çıxacaq və övladlarının yanına qayıdacaq. Uzandım yerimə və bu anı xəyal etdim. Özümdə dedim ki, Lalə xanım, sizinlə gəlib verilişdə görüşəcəyəm. Həqiqətən də Allah bunu mənə nəsib etdi. Həbsdə olanda hər gün səcdədə olmuşam. Günlərlə Allahımla danışmışam. Yəmək-içməkdən, insanların arasında olmaqdan bəlkə də elə bir məqam olub ki, Allahımı unutmuşam. Və Allah həbsi yaşatdı ki, məni unutma".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.