Dünya

SSRİ-nin yaratdığı “Qiyamət günü” stansiyası qəribə mesaj verdi

9 Dekabr 2025 00:31
Baxış: 295
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qiyamət günü" radiosu kimi də tanınan qısadalğalı radiostansiya dekabrın 7-də gün ərzində qeyri-adi mesajlar ötürüb.

Milli.Az xəbər verir ki, ənənəvi olaraq mesajlar NJTİ (НЖТИ) kodu ilə verilsə də, bazar günü efir SJAP (ЦЖАП) kodu ilə başlayıb. Bu abreviaturanın mənası və məqsədi məlum deyil, həmçinin nə üçün adi kod əvəzinə istifadə edildiyi də açıqlanmayıb.

Qeyd edilib ki, dekabrın 7-də stansiya nadir hallarda yayımlanan fel formasında bir söz də ötürüb: "zabitıy" (забитый).

Stansiyanın yayımladığı əksər sözlər əsasən isimlərdən ibarətdir. Dekabrın 8-də isə stansiya yenidən adi çağırış kodu olan NJTİ ilə efirə çıxıb və "pereçnitsa" (перечница) söz formasını ötürüb.

Qeyd edək ki, UVB-76 və ya qeyri-rəsmi adı "Qiyamət günü" olan bu qısadalğalı hərbi radiostansiya 1970-ci illərdən yayımdadır. SSRİ tərəfindən yaradılan stansiyanın məqsədi rəsmi olaraq açıqlanmır, amma onun fəaliyyəti silahlı qüvvələrlə əlaqələndirilir. Müntəzəm olaraq, bu radionun efirində müxtəlif söz formalarında şifrəli mesajlar yayımlanır. Sosial şəbəkə istifadəçiləri bu söz formalarını qlobal təhlükəsizlik hadisələri və xüsusi hərbi əməliyyatlarla əlaqələndirirlər.

Stansiya internet və konspiroloji mühitdə efirdə nadir və orijinal söz formalarını yayımlaması ilə də məşhurdur. Müxtəlif vaxtlarda burada "xryukostyaq" (хрюкостяг), "lisoplaş" (лисоплащ), "baksoznak" (баксознак), "qordostix" (гордостих) və "drevostoy" (древостой) kimi sözlər səsləndirilib. (teleqraf)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.