Uşaqdan böyüyə hamı bəh-bəhlə yeyir - Beynin düşməni olan 6 qida
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nevroloqlar beynə ən zərərli olan 6 qidanı açıqlayıb.
Milli.Az xəbər verir ki, nevroloqlar beynin uzunmüddətli fəaliyyətini zəiflədən 6 gündəlik qidanı müəyyənləşdirib. Mütəxəssislər bu məhsulların həm geniş istifadə edildiyini, həm də çox vaxt zərərsiz kimi qəbul olunduğunu bildirir.
Bəzi qidalar beyin damarlarına, neyron fəaliyyətinə və bağırsaq-beyin əlaqəsinə ciddi təsir göstərir.
Açıqlanan qidalar bunlardır:
Protein tozu
Nevroloq Friederike Fabritius qeyd edir ki, bir çox protein tozu tərkibində yüksək səviyyədə süni şirinləşdiricilər daşıyır. Bu maddələr bağırsaq mikrobiotasını pozur və dolayı yolla beyin funksiyalarına mənfi təsir göstərir.
Qazlı içkilər
Nevroloq Dr. Shaheen Lakhan qazlı içkiləri "beyin üçün ən zərərli məhsul qruplarından biri" kimi xarakterizə edir. Yüksək şəkər səviyyəsi beyin damarlarını zədələyir, demans və insult riskini artırır. Diyet versiyalarında isə kalorisiz şirinləşdiricilər beyin üçün stres faktoru yarada bilər.
Marqarin
NYU Langone tibb mərkəzinin nevroloqu Dr. Shae Datta trans yağ tərkibli marqarindən tamamilə uzaq durduğunu bildirir. Tədqiqatlar göstərir ki, qanda trans yağların yüksək olması demans ehtimalını artırır və beyin damarlarına ziyan vurur.
Pivə
Tufts Medical Center-in nevroloqu Dr. Byran Ho biranı "tamamilə boş kalori" adlandırır. Onun sözlərinə görə, alkoqol neyrotoksin olduğundan orta həcmdə qəbul belə beyin hüceyrələrinə zərər verə bilər.
Kafeinsiz qəhvə
Nevroloq Sean Callan kafeinsiz qəhvənin təhlükəsinin tərkibdən deyil, kafeinin necə uzaqlaşdırılmasından qaynaqlandığını vurğulayır. Solventlə təmizlənmiş kafeinsiz qəhvələrdə istifadə olunan bəzi maddələr xərçəng və nevroloji zədələnmə riskini artıra bilər. O, istehlakçıları markaları yoxlamağa çağırır.
Kartof qızartması
Nevroloq Dr. Pedram Navab kartof qızartmasını rasionundan tam çıxardığını deyir. Yağlıqızartmalar beyin damarlarına mənfi təsir göstərir, qan-beyin əlaqəsinə zərər vurur və yaddaş üçün kritik olan hipokampusa uzunmüddətli ziyan verə bilər.
Mütəxəssislərin vurğuladığı risklər beyin sağlamlığı ilə qidalanma arasındakı əlaqənin düşündüyümüzdən daha güclü olduğunu göstərir. Nevroloqların tövsiyəsinə görə, rasionda trans yağlar, yüksək şəkər və sənaye üsulu ilə işlənmiş maddələrin payının minimuma endirilməsi beyin funksiyalarının qorunmasına mühüm töhfə verir.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zelenski müsahibə zamanı ağladı - (Video)
-
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
-
Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
-
Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
-
Sabah Binəqədidə qaz olmayacaq
-
"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
-
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
-
Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
Tramp anlaşılmaz səslər çıxardı - (Video)
-
Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
-
Qazini qətlə yetirən şəxs saxlanıldı - Yenilənib (Foto)
-
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
Bakıda binada uçqun - Mənzillərin tavanı çöküb
-
Bu il metroda 700-ə yaxın sərnişin eskalatordan yıxılıb - Rəsmi
-
Cavid Ağaməliyev həbs edildi
-
Sədr vəzifəsindən çıxarılan Zakir Quliyev sabiq deputatın qardaşıdır
-
Çində güclü zəlzələ oldu
-
Autizmli uşağa zorakılıq edən müəllim üzr istədi - (Video)
-
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub
-
Avtobusu sürməkdən imtina edən tiktoker sürücü işdən çıxarıldı
-
XİN-də Milli Müdafiə Universitetinin akademik kursunun iştirakçıları ilə görüş keçirilib - (Foto)
-
DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb
-
Hər bölümdən milyonlar qazanırlar - Qiymət
-
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı





