Şou-biznes

Hər bölümdən milyonlar qazanırlar - Qiymət

22 Oktyabr 2026 18:45
Baxış: 401
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin məşhur seriallarında rol alan aktyorların bəzilərinin bölüm başına qazandıqları məbləğlər açıqlanıb.

Milli.Az xəbər verir ki, "Yeraltı" serialında rol alan Uraz Kayqılaroğlu bölüm başına 1,5 milyon lirə (təxminən 51 min manat) qonorarla siyahının ilk pilləsində qərarlaşıb. Ekran işinin digər baş rol ifaçıları Devrim Özkan və Deniz Can Aktaşın hər bölüm üçün 1,2 milyon lirə (təxminən 41 min manat) qazandığı bildirilib.

"Taşacak Bu Deniz" serialında ən yüksək qonorar alan aktyor Ulaş Tuna Astepe olub. O, bölüm başına 850 min lirə (təxminən 29 min manat)  qazanır. Deniz Baysalın qazancı 750 min lirə (təxminən 26 min manat), Ava Yamanın isə 500 min lirədir (təxminən 17 min manat).

"Altı Üstü İstanbul" serialında Feyyaz Duman bölüm başına 850 min lirə (təxminən 29 min manat) qazanır. Nehir Erdoğanın lirə (təxminən 26 min manat), Rahimcan Kapkapın 625 min lirə (təxminən 21 min manat), İlker Aksumun 600 min lirə (təxminən 21 min manat), Yüsra Geyikin isə 500 min lirə (təxminən 17 min manat) qonorar aldığı bildirilib.

"Daha 17" serialında Çağan Efe Akının bölüm başına qazancı 700 min lirədir (təxminən 24 min manat). Ceren Ayruk 500 min lirə (təxminən 17 min manat), Ata Yaşat isə 250 min lirə (təxminən 9 min manat) qonorar alır. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.