Siyasət

XİN-də Milli Müdafiə Universitetinin akademik kursunun iştirakçıları ilə görüş keçirilib - (Foto)

22 Oktyabr 2026 18:59
Baxış: 293

Oktyabrın 22-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası Milli Müdafiə Universitetinin "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş keçirilib.

Bu barədə Milli.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "Azərbaycanın xarici siyasət prioritetləri" mövzusunda çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Daha sonra, kurs iştirakçılarına Xarici İşlər Nazirliyinin iş prosesi barədə məlumat verilib.

Kursda Müdafiə Nazirliyi və digər dövlət qurumlarından, eləcə də Türkiyə, Pakistan və Qazaxıstandan ümumilikdə 29 nəfər nümayəndə iştirak edir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.