Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə olaraq Prezident Administrasiyasının rəhbəri vəzifəsinə kimi nəzərdən keçirdiyini açıqlayıb.
Milli.Az report-a istinadən xəbər verir ki, namizədlər arasında müdafiə naziri Denis Şmıqal və rəqəmsal transformasiya naziri Mixail Fedorov var.
Onun sözlərinə görə, bu vəzifəyə təyin olunmazdan əvvəl Ali Rada nazirləri hazırkı postlarından azad etməlidir. Zelenski həmçinin qeyd edib ki, ölkədə bu əsas qurumların rəhbərlərini kimin əvəz edə biləcəyini bilmir.
Namizədlər arasında həmçinin Ukraynanın BMT-dəki keçmiş daimi nümayəndəsi, hazırda isə Ukrayna xarici işlər nazirinin birinci müavini olan Sergey Kislitsa da qeyd olunub. Zelenskinin sözlərinə görə, diplomat hazırda danışıqlar prosesində ona kömək edir. Hərbi şəxslərdən isə Prezident Administrasiyasının rəhbəri postuna Kiril Budanov və Pavel Palisanın namizədliyi nəzərdən keçirilir.
Xatırladaq ki, 28 noyabrda Prezident Administrasiyasının rəhbəri Andrey Yermak istefa vermişdi.
Milli.Az





