Sağlamlıq

Yaddaşı gücləndirən iki təbii qoxu - Mütəxəssislər tövsiyə edir

9 Dekabr 2025 02:02
Baxış: 217
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni araşdırmalar göstərir ki, bəzi təbii qoxuların inhalyasiyası zehni fəaliyyəti artırır, enerjini yüksəldir və diqqəti kəskinləşdirir. Xüsusilə çox kofein qəbulunun qan təzyiqini yüksəltməsi, hamilələr üçün risk yaratması kimi yan təsirləri nəzərə alındıqda, qoxu terapiyası daha təhlükəsiz alternativ kimi seçilir.

Milli.Az xəbər verir ki, mütəxəssislər iki əsas qoxunun yaddaşı gücləndirdiyini vurğulayırlar.

Limon otu - Yaddaşı və konsentrasiyanı artırır

2018-ci ildə aparılan araşdırmada iştirakçılar cəmi beş dəqiqə limon otu efir yağını nəfəs aldıqdan sonra idrak funksiyalarında nəzərəçarpan artım müşahidə edilib. Onlar həmçinin özlərini daha ayıq və sakit hiss etdiklərini bildiriblər.

2025-ci ildə aparılan digər tədqiqat isə limon otu qoxusunun narahatlığı azaltdığını, ürək döyüntüsü və qan təzyiqini aşağı saldığını göstərib. Bu səbəblə limon otu həm emosional tarazlıq, həm də mental aktivlik üçün təbii stimullaşdırıcı kimi tövsiyə edilir.

Nanə - Gərginliyi azaldır, yaddaşı gücləndirir

2008-ci ildə aparılan aromaterapiya tədqiqatları nanə qoxusunun diqqəti artırdığını və yaddaşı gücləndirdiyini ortaya qoyub. Nanənin insanı canlandırdığı və stressi azaltdığı da müəyyən edilib.

2023-cü ildə aparılan başqa bir araşdırma isə nanə yağının depressiya və narahatlığın azaldılmasına kömək edə biləcəyini, hətta aqressiv sürücülük davranışını belə azaltmaq potensialına malik olduğunu göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.