Maraqlı

Hobbisi idi, indi 15 manata satır: Alıcılar istifadə etməyə qıymır - FOTO

6 Dekabr 2025 23:51
Baxış: 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə yaşayan Rabia Çelik dörd il əvvəl hobbi kimi başladığı şam hazırlama məşğuliyyətini peşəkar işə çevirib. Evindəki bir otağı atelyeyə çevirən Çelik öz dizaynı olan xüsusi qəliblərlə hazırladığı dekorativ şamları açdığı stentdə nümayiş etdirir. Estetik görünüşü və fərqli formaları ilə diqqət çəkən şamlar həm yerli sakinlərdən, həm də şəhəri ziyarət edən turistlərdən böyük maraq görür.

Milli.Az xəbər verir ki, Rabia Çelik bildirib ki, standart şam modellərindən uzaqlaşıb daha estetik və fərqli dizaynlar yaratmağa çalışır: "Bazardakı standart məhsullardan fərqlənmək üçün qəliblərin böyük hissəsini 3D printerlə özüm hazırlayıram. Bu modelləri başqa yerdə tapmaq çətindir. Xammal kimi orqanik soya şamı istifadə edirəm, lakin məhsulların qəlibdən çıxarkən çatlamaması və möhkəmliyini artırmaq üçün qarışığa 10 faiz parafin əlavə edirəm. Hər zaman estetik görünüşü ön planda saxlayıram."

Çelik "İnsanlar dizaynların gözəlliyini görüb adətən 'Bunları necə yandıraq? Qıymarıq!' deyirlər. Məhsullar dekorativ fiqur kimi görünsə də, yandırıldığında içindəki sədəf effektinə görə çox gözəl rəng keçidləri və parıltılar ortaya çıxır." deyə bildirib.

Onun sözlərinə görə, şamların qiyməti modelə görə dəyişir - 75 lirədən başlayıb 350 lirəyə qədər yüksəlir.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.