“Qiyamətin xəbərçisi” 1000 metr dərinlikdən sahilə çıxdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-nin Kaliforniya ştatında sahilə vuran sirli balıq onu görənləri həm təəccübləndirib, həm də narahat edib.
Milli.Az xəbər verir ki, qara rəngi, yanmış taxta təsiri yaradan bədəni, iti dişləri və başından sallanan, parlayan tilovu xatırladan çıxıntısı ilə diqqət çəkən bu canlı, təxminən 1000 metr dərinlikdə yaşadığı bilinən "Pacific Footballfish" olub.
Okeanın qaranlıq dərinliklərindən gələn bu qeyri-adi balıq bəzi insanlar tərəfindən "qiyamət xəbərçisi" kimi də qiymətləndirilib.
"Smithsonian Institution"da çalışan dəniz bioloqu Janet Watkins bildirib ki, bu qədər dərinlikdə yaşayan növlərin səthə çıxması mühüm göstərici ola bilər. Onun sözlərinə görə, bu canlılar okean ekosistemində bizə mühüm siqnallar verən göstəricilərdir. Onların gözlənilmədən görünmələri suyun temperaturu, axınlar və ya qida zəncirində baş verən görünməz dəyişikliklərə işarə edə bilər.
Dərin dəniz balıqlarının sahildə görünməsi, səthdə baş verən iqlim və ya insan fəaliyyəti ilə bağlı dəyişikliklərin dəniz həyatına birbaşa təsir etdiyini göstərən güclü sübut sayılır.
Hadisə yerinə gələn ekspertlər əvvəlcə balığı xilas etməyə ümid etsələr də, vəziyyətin digər tərəfi daha çətindir. Dəniz ekoloqu Sarah Lowe bildirib ki, dərin dəniz balıqları səthə çıxdıqda böyük təzyiq fərqi səbəbindən toxumalarında ciddi zədələnmə yaranır.
Onun sözlərinə görə, təzyiq və temperatur fərqi onun daxili orqanlarına ciddi zərər vurur. Səthə çıxan bu cür canlılar adətən artıq ağır zədələnmiş olurlar.
Pacific Footballfish balığının ən diqqət çəkən xüsusiyyətlərindən biri başından çıxan və qaranlıq suda işıq saçan "illicium" adlı orqandır. Bu quruluş ovları cəlb etmək üçün istifadə olunur və iti dişlərlə dolu ağızla birlikdə ölümcül tələ yaradır. Mütəxəssislərin fikrincə, sahilə vuran bu nadir nümunə elmi araşdırmalar üçün unikal fürsət yaradır.
Dünyada zaman-zaman nəhəng kalmarlar, köpəkbalıqları və ya digər dərin dəniz canlıları sahilə çıxır. Lakin Pacific Footballfish balığının dayaz sulara qədər gəlməsi okeanın düşündüyümüzdən daha mürəkkəb və həssas ekosistemə malik olduğunu bir daha göstərir. Bildirilir ki, bu cür hadisələrin artması dənizlərin dəyişən tarazlığı ilə bağlı yeni suallar yaradır.
Mina Mikayılova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sardiniyada qadınların 100 yaşa çatma ehtimalı dörd dəfə yüksəkdir
-
Simpsonların işarə etdiyi gün gəlib çatdı! Dünyanı qaranlıq gözləyir? - (Foto)
-
ABŞ Milli Təhlükəsizlik Agentliyi məxfi şəbəkəsində nasazlıq yarandığını təsdiqləyib
-
Putinin tərcüməçisi ABŞ rəsmiləri ilə görüşə damğa vurdu - (Video)
-
ABŞ-də benzin xeyli ucuzlaşdı
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 19 nəfər həlak olub - Yenilənib
XƏBƏR LENTİ
-
Sardiniyada qadınların 100 yaşa çatma ehtimalı dörd dəfə yüksəkdir
-
Simpsonların işarə etdiyi gün gəlib çatdı! Dünyanı qaranlıq gözləyir? - (Foto)
-
Könül Kərimova 15 kiloqram arıqlamasının səbəbini açıqladı
-
Bu 5 əşyanı dərhal evinizdən çıxarın
-
5 bürcə göydən pul yağacaq
-
Tualet kağızı tarixə qovuşur - yeni gigyena cihazı
-
Avtobus sürücülərinin qayda pozmasına görə hansı tədbir görülür? - (Video)
-
ABŞ Milli Təhlükəsizlik Agentliyi məxfi şəbəkəsində nasazlıq yarandığını təsdiqləyib
-
Putinin tərcüməçisi ABŞ rəsmiləri ilə görüşə damğa vurdu - (Video)
-
Bələdiyyə sədri qəfil öldü - (Foto)
-
ABŞ-də benzin xeyli ucuzlaşdı
-
Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin (Fotoları)
-
Günün qoroskopu: Ani qərarlar vermək üçün uyğun gün deyil
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 19 nəfər həlak olub - Yenilənib
-
11 milyon dollarlıq əmlak: Lamin Yamal Şakira və Pikenin evinin yeni sahibi oldu
-
ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər
-
Qaranlıq yollara işıqqaytarıcı boyaların vurulması effektivdir? - (Video)
-
Müzəffər İsayev vəfat etdi
-
"Xəyanət edirsə, onu bağışla" - Ayan Babakişiyeva
-
Məşhur aktyor Luis Lorenso həbs edildi
-
ABŞ Keşm adasına raket zərbəsi endirdi - (Video)
-
Bədbəxt hadisə nəticəsində ölən Elvinin (Fotosu)
-
Eldar İsmayılov təqaüdə göndərilir
-
"Atamda xərçəng aşkarlandı, 20 günün içində öldü" - Xuraman Əlizadə





