İran

İranın yeni Ali Lideri ilk dəfə xalqa müraciət etdi - VİDEO

9 Mart 2026 18:47
Baxış: 788
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda yeni Ali Lider seçilən Müctəba Xamenei xalqa ilk müraciətini edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Xamenei xalqa ünvanladığı mesajında İranın çətin dövrdən keçdiyini qeyd edərək, ölkənin mübarizə yolunu davam etdirəcəyini bildirib.

"Çətinliklər qarşısında möhkəm dayanan böyük, cəsur və şərəfli İran xalqına salam olsun. Bu gün biz liderlik etibarı yolunda davam edəcəyimizə söz veririk və şəhidlərimizin yolu ilə irəliləyəcəyik", - deyə o bildirib.

Yeni Ali Lider çıxışında İranın əsas dəyərlərini qorumağa davam edəcəklərini vurğulayıb.

"Biz şərəf, ləyaqət, azadlıq və qüruru müdafiə edirik", - deyə Müctəba Xamenei əlavə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.