İran

Tehrana “qara yağış” yağır: Qonşu ölkələrə də KEÇƏCƏK - VİDEO

9 Mart 2026 13:35
Baxış: 1 066
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın paytaxtı Tehranda qeyri-adi və təhlükəli hava hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, məlumata görə, Tehrana "qara yağış" düşüb. Ekoloqlar bildirir ki, şəhərdəki yüksək səviyyəli çirklənmə nəticəsində yaranan bu yağış tərkibində zəhərli maddələr daşıyır və yaxın günlərdə Mərkəzi Asiya ölkələri, Çin, Pakistan və Əfqanıstan ərazilərinə doğru hərəkət edəcək.

Ekspertlər xəbərdarlıq edir ki, zəhərli yağış yalnız ətraf mühitə ziyan vurmaqla qalmır, həm də insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Onun təsiri ilə tənəffüs yolları xəstəlikləri və dəri problemləri arta bilər, həmçinin içməli suların da zəhərlənməsi ehtimalı var.

Rəsmi qurumlar və ekoloqlar əhaliyə ehtiyatlı olmağı və mümkün qədər açıq havada uzun müddət qalmamağı tövsiyə edirlər.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.