Cəmiyyət

32 yaşlı yeni nazir görün kimin oğlu imiş - DOSYE - FOTO

4 Mart 2026 15:38
Baxış: 1 470
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunub.

Milli.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən növbəti sessiyasında qərar qəbul edilib. 

Fərid Bağırzadə 1994-cü ildə Bakı şəhərində anadan olub. 2016-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları ixtisası üzrə bakalavr pilləsini bitirib.

2021-ci ildə Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi alıb.

2016-2018-ci illər ərzində "Azeri Retail" Məhdud Məsuliyyətli Cəmiyyətinin Əmtəə dövriyyəsi və logistika departamentində, 2019-2023-cü illər ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində müxtəlif vəzifələrdə çalışıb. DOST Agentliyinin Maliyyə və mühasibatlıq departamentinin Aktivlərin uçotu şöbəsinin müdiri vəzifəsində işləyib.

Daha sonra Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyib.

Nazir təyinatına qədər isə F.Bağırzadə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edirdi.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Qeyd edək ki, Fərid Bağırzadənin atası Talətdin Bağırov (1947-2017) Bakı Dövlət Universitetinin (BDU) tanınmış fizik alimi, Maddə quruluşu kafedrasının professoru və fizika-riyaziyyat elmləri doktoru olub. O, uzun illər respublikada atom fizikası sahəsində elmi-pedaqoji fəaliyyət göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.