Müharibə neftimizin qiymətini rekord QALDIRDI - Azərbaycan üçün əlavə gəlir fürsəti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Brent markalı neftin qiyməti 20 faizə yaxın artaraq bir bareli 110 dollardan baha satılır. Bu İran müharibəsi başladıqdan sonra neftin qiymətində 30 faizlik artımın olması deməkdir. Neftin qiymətindəki artımlar birjalara da təsirsiz ötüşməyib. Qlobal resessiya riski Asiyada birjaların bu həftəni öz işinə ciddi enişlər ilə başlamasına səbəb olub.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, ABŞ Prezidenti neftin qiymətindəki artımların müvəqqəti olacağını bəyan edib. Trampın fikrincə, müharibə başa çatdıqdan sonra yenidən qiymətlər azalaraq stabilləşəcək. Bununla belə, əksər investorlar qısa müddətli dövrdə neftin qiymətində kəskin azalmalar gözləmirlər.
V.Bayramovun sözlərinə görə, neftin qiymətinə sadəcə enerji məhsullarının 20 faizinin daşındığı Hörmüz boğazındakı çətinliklər deyil, eləcə də Yaxın Şərqdəki vəziyyət və xüsusən də hasilatın azalması təsir göstərir. Bildirib ki, Körfəz dövlətlərində hasilatda hiss edilən azalmalar qeydə alınmaqdadır. İraqda hasilat 60 faiz azalıb, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Küveyt də istehsalı aşağı salmağa məcbur olub:
"Digər tərəfdən, Körfəz dövlətlərində enerji infrastrukturuna dəyən ziyan hasilatın qısa zamanda bərpasına imkan yaratmır. ABŞ-nin bazara gündəlik 300-400 milyon barel əlavə neft çıxarmaq istəyinin də tarazlığı xüsusi dəyişəcəyi gözlənilmir. Aydındır ki, müharibənin hansı müddəti və coğrafiyanı əhatə etməsi birjalara təsir edən əsas faktor olaraq qalmaqdadır. Bununla belə, savaşdan sonra müharibə zamanı dağıdılan infrastrukturun bəprası üçün tələb edilən zaman və maliyyə də diqqətdən yayınmamalıdır".
Millət vəkili nəzərə çatdırıb ki, neftin qiymətindəki artımlar enerji ixrac edən dövlətlərin gəlirlərini artırsa da, qlobal iqtisadiyyatda çağrışları gücləndirir. Bu təbii ki, Azərbaycanın da neft satışından gəlirlərinin artmasına səbəb olur. 2025-ci ildə Azərbaycanda qaz kondensatı ilə birlikdə 27,7 milyon ton neft hasil edilib. Həmin il xam neft hasilatı orta hesabla gündəlik 460 min barrel, kondensat hasilatı 111 min barrel təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 571 min barrel olub. Ötən il Azərbaycan 23,1 milyon ton neft ixrac edib:
"Neftin bir barelinin qiyməti 2026-cı ilin dövlət büdcəsində 65 dollar nəzərdə tutulub. Aydındır ki, söhbət illik orta qiymətdən gedir. Bununla yanaşı, neft bazarındakı volatillik göstərir ki, Azərbaycan enerji satışından bu il daha çox gəlir əldə edə bilər. Bu dövlət gəlirlərimizin və eləcə də valyuta ehtiyatlarımızın daha çox artmasına səbəb olacaq. Hətta qısa müddətli daxilolmalarda kəskin artımlar olsa da belə, regionda əməkdaşlıq və stabillikdə maraqlı olan və sülh gündəliyinə töhvə verən Azərbaycan neft bazarında dalğalanmalarda deyil, uzunmüddətli tarazlıqda maraqlıdır. Qlobal strateji bazarlarda uzunmüddətli tarazlıq isə siyasi deyil, iqtisadi faktorlar ilə müəyyənləşməlidir. Amma hələlik dünya bazarlarında siyasi faktorlar iqtisadi meyarları üstələyir".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir - FOTO
-
Nazir Kənan Aşurova yüksək vəzifə verdi
-
Andraş Baka Macarıstanın yeni prezidenti seçilib
-
Göygöldə 64 yaşlı kişi çaya düşərək öldü
-
Lənkəranda itkin düşən iki qohumun meyiti meşəlikdən tapıldı
-
Çexiyada quraqlıq kritik həddə çatıb: Çaylar quruyur
-
Bakıda ötən il itkin düşən qadının qətlə yetirildiyi məlum oldu - Oğlu saxlanıldı
-
Oman körfəzində konteyner gəmisinə raket hücumu olub
-
Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə həsr olunmuş beynəlxalq foruma ev sahibliyi edəcək
-
İraqda 6 milyon silah üçün vahid məlumat bazası yaradıldı
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
-
Ötən il Azərbaycanda vergi cinayətləri ilə bağlı 2131 iş olub
-
Yeni binalarda parklanma qaydası: Hər mənzilə neçə maşın yeri düşür?
-
Kobaxidze: “Gürcüstan ərazisini işğal edən yeganə tərəf Rusiyadır”
-
Rəqsanə görünüşünü dəyişdirdi - (Foto-Video)
-
Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmlər açıqlayıb
-
Livan ölüm hökmünü ləğv etdi
-
Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl oğurlandı
-
21 kiloqram arıqlayan müğənni Leyla sirrini açıqladı - (Video)
-
Ağcaqanadlar bu insanları daha çox sancır - Səbəbi məlum oldu
-
Təhsil sənədləri artıq myGov-da
-
Bəşər Əsədin əmisi oğluna da ölüm hökmü verildi
-
Sabah çimərliklərdə hava şəraiti necə olacaq?
-
Könül Kərimova göz yaşları tökdü - (Video)





