Dünya

Livan ölüm hökmünü ləğv etdi

11 Avqust 2026 16:20
Baxış: 241
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Livan parlamenti ölüm hökmünün ləğv edilməsini nəzərdə tutan qərarı qəbul edib.

Bu barədə "Associated Press" məlumat yayıb.

Qərara parlamentdə yalnız "Hizbullah"ın fraksiyası dəstək verməyib.

Qanun qüvvəyə mindikdən sonra Livan ölüm hökmünü ləğv edən və bu cəzanı ömürlük həbs və ağırlaşdırılmış məcburi əmək ilə əvəzləyən ilk ərəb ölkəsi olacaq.

Qeyd edək ki, Livanda 2004-cü ilin yanvarından etibarən edamların icrasına qeyri-rəsmi moratorium tətbiq edilir. Buna baxmayaraq, həmin vaxtdan indiyədək ölkədə onlarla ölüm hökmü çıxarılıb. Lakin bu hökmlərin icrası dayandırılıb və ya sonradan başqa cəza növləri ilə əvəzlənib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.