Bu tərliklər ayağın formasını dəyişə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Barmaq arası tərliklər isti yay günlərində ən çox seçilən ayaqqabı modellərindən biridir. Rahat və yüngül olması səbəbindən geniş istifadə edilən bu tərliklərin ayaq sağlamlığına təsiri isə müzakirə mövzusudur.
Milli.Az xəbər verir ki, İngiltərədə ayaq sağlamlığı üzrə mütəxəssis doktor Helen Branthwaite bildirib ki, barmaq arası tərliklərin uzun müddət istifadəsi ayaqlarda müəyyən problemlərə səbəb ola bilər.
Mütəxəssisin sözlərinə görə, xüsusilə qış aylarında ayağı sıxan ayaqqabılardan istifadə etdikdən sonra birbaşa açıq tərliklərə keçmək ayaqların daha çox yüklənməsinə gətirib çıxara bilər.
O qeyd edib ki, barmaq arası tərlik geyinərkən ayaq barmaqları həddindən artıq sıxılır. Bu isə sürtünmə və su toplamasına səbəb ola bilər.
Mütəxəssis həmçinin bildirib ki, bu tip tərliklər dabanı qorumaq və topuq oynağını dəstəkləmək baxımından kifayət qədər funksional deyil. Uzun müddətli istifadə zamanı ayağın yana doğru yayılması və formasının dəyişməsi də mümkündür.
Doktor Helen Branthwaite ayaqqabı seçərkən altlığın və istifadə olunan materialın xüsusiyyətlərinə diqqət yetirməyi tövsiyə edib.
Onun sözlərinə görə, ayaqqabı çox asanlıqla iki yerə bükülürsə, onun ayağa kifayət qədər dəstək verib-vermədiyini nəzərə almaq lazımdır.
Mütəxəssis açıq ayaqqabı geyinən şəxslərə ayaqların dərisini mütəmadi yoxlamağı, hər gün nəmləndirici kremdən istifadə etməyi və ayaqqabı ölçüsünü vaxtaşırı yoxlatdırmağı məsləhət görüb.
Branthwaite vurğulayıb ki, ayağın ölçüsü zamanla dəyişə bilər. Buna görə də illər əvvəl geyinilən ayaqqabı ölçüsünün dəyişməz qalacağı düşünülməməlidir.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
-
Lənkəranda şəhid anası vəfat etdi
-
Autizm xəstəsi olan uşaq məktəbə götürülmür - (Video)
-
Nəvəsinin andiçməsindən sonra itkin düşən şəxsin meyiti tapıldı - (Foto)
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Yaxın dostunuzun dəstəyə ehtiyacı ola bilər
-
Sneyder bu kluba baş məşqçi təyin olundu
-
“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
-
İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub - (Foto)
-
Lənkəranda şəhid anası vəfat etdi
-
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - (Foto)
-
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ermənistanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
Autizm xəstəsi olan uşaq məktəbə götürülmür - (Video)
-
Nəvəsinin andiçməsindən sonra itkin düşən şəxsin meyiti tapıldı - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - (Foto)
-
Türkiyədə helikopter qəzası - 4 hərbçi həlak olub - Yenilənib
-
Prezident İlham Əliyevin Britaniyanın Baş naziri Endi Börnhemlə görüşü gözlənilir
-
Fernando Muslera karyerasını bitirir
-
Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti - (Video)
-
İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub - (Foto/Video)





