Cəmiyyət

Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı

12 Noyabr 2026 22:24
Baxış: 124
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyədə silahlı cinayətkar qruplaşmaya qarşı aparılan istintaq çərçivəsində "Barış Boyun Cinayət Təşkilatı"nın rəhbərlərindən biri kimi müəyyən edilən Mehmet Recep Demir Azərbaycanda saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Demir barəsində ümumilikdə 48 axtarış qərarı çıxarılıb.

Demir Azərbaycanda dövlət sərhədini qanunsuz keçdiyinə görə həbs edilib.

Bundan sonra Türkiyə Baş Prokurorluğu Demirin Türkiyəyə ekstradisiyası üçün Azərbaycanın məhkəmə orqanlarına sorğu göndərib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.