Son 140 ilin ən yüksək temperaturu qeydə alındı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Honkonqda son 140 ildən artıq müddətin temperatur rekordu yenilənib. Şəhərdə 36,9 dərəcə Selsi temperatur qeydə alınıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Honkonq Rəsədxanasının məlumatına görə, bazar günü şəhərin əsas meteoroloji müşahidə məntəqəsində 36,9 dərəcə temperatur qeydə alınıb.
Bu, 1884-cü ildən bəri həmin stansiyada qeydə alınan ən yüksək göstəricidir.
Honkonqda əvvəlki temperatur rekordu 22 avqust 2017-ci ildə, "Hato" tayfununun şəhərə yaxınlaşmasından əvvəl qeydə alınmışdı. Həmin gün temperatur 36,6 dərəcəyə yüksəlmişdi.
Lakin şəhərin bəzi ərazilərində temperatur bundan da yüksək olub. Şimaldakı Şeunq Şui bölgəsində 39,8 dərəcə qeydə alınıb. Bu göstərici 1980-ci illərdə avtomatik meteoroloji stansiyaların fəaliyyətə başlamasından bəri Honkonqda qeydə alınan ən yüksək temperatur hesab olunur.
Meteoroloqlar anomal istiliyin "Delfin" tropik siklonu ilə əlaqəli olduğunu bildirirlər. Siklon Çinin şərq sahillərinə doğru irəlilədikcə, onun yaratdığı hava axınlarının Honkonq və ətraf ərazilərə isti hava gətirdiyi qeyd olunur.
Honkonq Rəsədxanası şəhərdə "Çox isti hava" xəbərdarlığı elan edib. Sakinlərə kifayət qədər su içmək, günəş altında uzun müddət qalmamaq və açıq havada ağır fiziki fəaliyyətlə məşğul olmaqdan çəkinmək tövsiyə olunub.
"Delfin" siklonunun Çinin sıx məskunlaşmış şərq sahillərinə yaxınlaşması bölgədə ciddi tədbirlərə səbəb olub. Siklonla əlaqədar 1000-dən çox uçuş ləğv edilib, bəzi ərazilərdə əhali təxliyə olunub və yüksək səviyyəli hava xəbərdarlıqları verilib.
Siklonun Çjetszyan və ya qonşu Fucyen əyalətinə çatacağı gözlənilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Qadın kimi xoşbəxt olmadım” deyib, ağladı
-
Xətaidəki güclü yanğın söndürülüb - (Yenilənib)
-
Masallının iki kəndində qaz olmayacaq
-
Safurənin ərinin keçmiş xanımı ilə fotolarını paylaşdı - (Video)
-
15 yaşlı Rəvan göldə boğuldu
-
Bakıdakı güclü yanğından (Fotolar)
-
Son 140 ilin ən yüksək temperaturu qeydə alındı
-
İmişlidə Araz çayında batan gəncin meyiti tapılıb - Yenilənib
-
17 yaşlı qız Kürdə batıb
-
İran Hörmüz boğazının açılması üçün ABŞ-dan yeni tələblər irəli sürüb
-
"Arsenal"ın 25 yaşlı futbolçusu öldü
-
Paytaxtın bu rayonunda su kəsilib
-
Şəmkirdə 62 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
-
İranın ali rəhbəri Məsud Pezeşkianla görüşüb
-
Ermənistanda keçmiş Baş nazirin oğlu həbs edildi
-
Sabit Məmmədov vəfat edib
-
Rus ordusu iki kəndi işğal etdi
-
Çingiz Əlioğlu vəfat etdi
-
Maskın sərvəti 53 günə 513 milyard dollar azaldı
-
Çimərliklərdə hava necə olacaq?
-
Messiyə görə 1 dəqiqəlik sükut olacaq
-
Paytaxtda magistralla qaçan cins atlar kimindir? - (Video)
-
Türkiyədə sahilə daha bir naməlum dəniz dronu çıxıb
-
Sumqayıtda binada yanğın oldu





