Bu tarixdən havalar dəyişir - İstilər bitir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda müşahidə olunan isti hava şəraitinin nə vaxt dəyişəcəyi ilə bağlı suallar davam edir.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Ajans.az-a danışan AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev xalq arasında "yayın yarısı" kimi tanınan dövrə yaxınlaşıldığını bildirib.
Onun sözlərinə görə, ayın 5-6-sı, 6-7-si arası yayın yarısı hesab olunur. El arasında buna "quyruq dondu" deyirlər. Bundan sonra gecələr sərinləşir, şeh düşür. Gecələr sərin olanda insanlar rahat yatır, gündüz də özlərini daha gümrah hiss edirlər.
Mütəxəssis hesab edir ki, hazırkı kəskin istilər uzun çəkməyəcək:
"Mənə elə gəlir ki, bir neçə gündən sonra artıq hava tədricən düzələcək. Yayın yarısından sonra yavaş-yavaş payıza doğru gedirik. Kəskin istilər azalacaq."
Ənvər Əliyev son illər geniş müzakirə olunan iqlim dəyişikliyi məsələsinə də münasibət bildirib. Onun fikrincə, hazırda müşahidə olunan hava hadisələri iqlim dəyişikliyindən deyil, əvvəllər də baş vermiş təbii təkrarlanmalardan qaynaqlanır:
"İqlim dəyişikliyi adlandırılan məsələ ilə razı deyiləm. Belə yağıntılar, daşqınlar əvvəllər də olub. Yaşlı insanlar 1957-ci, 1964-cü illərdə də oxşar hadisələrin baş verdiyini xatırlayırlar. Bunlar təkrarlanan təbiət hadisələridir."
Sonda Ə.Əliyev vətəndaşlara narahat olmamağı tövsiyə edib:
"Mənə elə gəlir ki, yavaş-yavaş artıq sərinliyə doğru gedirik. Hər şey yaxşı olacaq, narahat olmağa dəyməz."Mövzu ilə bağlı Ajans.az-a danışan AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, xalq arasında "yayın yarısı" kimi tanınan dövrə yaxınlaşılır və bundan sonra gecələrin daha sərin keçməsi gözlənilir. Onun sözlərinə görə, ayın 5-6-sı, 6-7-si arası yayın yarısı hesab olunur. El arasında buna "quyruq dondu" deyirlər. Bundan sonra gecələr sərinləşir, şeh düşür. Gecələr sərin olanda insanlar rahat yatır, gündüz də özlərini daha gümrah hiss edirlər.
Mütəxəssis hesab edir ki, hazırkı kəskin istilər uzun çəkməyəcək:
"Mənə elə gəlir ki, bir neçə gündən sonra artıq hava tədricən düzələcək. Yayın yarısından sonra yavaş-yavaş payıza doğru gedirik. Kəskin istilər azalacaq." Ənvər Əliyev son illər geniş müzakirə olunan iqlim dəyişikliyi məsələsinə də münasibət bildirib. Onun fikrincə, hazırda müşahidə olunan hava hadisələri iqlim dəyişikliyindən deyil, əvvəllər də baş vermiş təbii təkrarlanmalardan qaynaqlanır: "İqlim dəyişikliyi adlandırılan məsələ ilə razı deyiləm. Belə yağıntılar, daşqınlar əvvəllər də olub. Yaşlı insanlar 1957-ci, 1964-cü illərdə də oxşar hadisələrin baş verdiyini xatırlayırlar. Bunlar təkrarlanan təbiət hadisələridir." Sonda Ə.Əliyev vətəndaşlara narahat olmamağı tövsiyə edib: "Mənə elə gəlir ki, yavaş-yavaş artıq sərinliyə doğru gedirik. Hər şey yaxşı olacaq".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kaxa Kaladzedən NATO açıqlaması: "Gürcüstan və Ukraynanı illərdir aldadıblar"
-
Türkiyədə tanınmış teleaparıcı Tahir Sarıkaya həbs edildi (Foto)
-
Füzulinin iki kəndində güclü yanğın başlayıb (Foto)
-
Məhəmməd Salah “Trabzonspor”da
-
Bu tarixdən havalar dəyişir - İstilər bitir
-
"Air India" təyyarəsi burulğana düşüb, xəsarət alanlar var
-
Tanınmış həkimin səs yazısı yayıldı - iddia
-
Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb
-
Kirayə mənzillər cəmi 16 dəqiqədə bitdi
-
3 mindən çox sakin susuzluqdan əziyyət çəkir
-
Bakıda "yararsızdır" qərarı verilən gənci əsgər aparıblar? - Agentlik məsələyə aydınlıq gətirdi
-
Ceki Çanın Bakıda ilk görüntüləri (Video)
-
“Sabah” “Lester”in futbolçusunu transfer etdi
-
Naxçıvanda ağır qəza - 3 nəfər xəsarət alıb - (Foto)
-
Nəriman Həsənzadənin övladları: keçmiş gömrükçü, musiqişünas pedaqoq (Foto)
-
Bu tarixdə Günəş tam tutulacaq
-
Özəl bağçalarda 8 min uşağın təhsil haqqını dövlət ödəyəcək
-
Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmlər açıqladı
-
Avrokuboklarda sarı vərəqə qaydası dəyişdi
-
“Volkswagen”, BMW və “Porsche”dən böyük ixtisar qərarı
-
Region teatrlarına rəhbər axtarılır - Müsabiqə elan edildi
-
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
-
“AzerGold” QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib - (Foto)
-
Anar Ağakişiyevin çantasında powerbank partladı - Xəsarətlər alıb - (Video)





