Kəsilmiş qarpızı nə qədər saxlamaq olar?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qarpız kəsildikdən sonra düzgün saxlanılmadıqda tez xarab ola və qida zəhərlənməsinə səbəb ola bilər.
Milli.Az xəbər verir ki, mütəxəssislərin tövsiyələrinə görə, kəsilmiş qarpız otaq temperaturunda 2 saatdan artıq saxlanılmamalıdır. Xüsusilə isti havalarda bu müddət daha da qısala bilər. Çünki qarpızın tərkibindəki su və şəkər mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaradır.
Soyuducuda saxlanılan kəsilmiş qarpız isə adətən 3-4 gün ərzində istehlak edilməlidir. Qarpızın üzəri mütləq örtülməli və digər qidalardan ayrı saxlanmalıdır.
Qarpızın xarab olduğunu göstərən əsas əlamətlər bunlardır:
turş və ya xoşagəlməz qoxunun yaranması;
dadının dəyişməsi;
səthində selikli qat əmələ gəlməsi;
yumşalma və rəng dəyişiklikləri.
Xarab olmuş qarpız qəbul edildikdən sonra zəhərlənmə əlamətləri adətən bir neçə saat ərzində, bəzi hallarda isə 1-2 gün sonra ortaya çıxa bilər. Əsas simptomlar ürəkbulanma, qusma, qarın ağrısı, ishal və halsızlıqdır.
Qarpızı kəsdikdən sonra uzun müddət otaqda saxlamaq, xüsusilə də isti havalarda, qida zəhərlənməsi riskini artırır. Buna görə meyvəni kəsdikdən sonra mümkün qədər tez soyuducuya yerləşdirmək və qısa müddətdə istifadə etmək məsləhətdir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kiyevə dron hücumu - ölən və yaralananlar var
-
Qazaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb
-
Siyəzəndə iki azyaşlı su kanalına düşüb - Yenilənib
-
Cem Yiğit Üzümoğlu yeni obrazı üçün 19 kiloqram arıqladı - (Foto)
-
Bakıda stilist doğuşdan sonra vəfat etdi
-
Oqtay Məmmədov vəfat etdi
-
“Azinvest Telecom Technology” milyonluq məhkəmə çəkişməsini uduzdu
-
Azərbaycanlı musiqiçilər Pakistanda keçirilən III Dünya Mədəniyyət Festivalında uğurla iştirak ediblər - (Foto)
-
Nagihan Karadere yeni estetik əməliyyatla başqa biri oldu - (Foto)
-
"Turan Tovuz" "Kəpəz"i, "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi
-
Kürdəmirdə üç avtomobil toqquşub, xəsarət alan var
-
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
-
BLOK3 7,8 milyonluq avtomobil aldı
-
PSJ-də ciddi itki
-
Fədayə Rusiyadan köçür
-
Rusiyada 6,2 ballıq zəlzələ oldu
-
Jorje Jezuş Ronaldonun son matçında olmayacaq
-
78 yaşlı Fuat Güner sevgilisi ilə
-
Ərdoğan Yunanıstan Prezidenti ilə görüşüb
-
Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək
-
Bərdədə ölən 18 yaşlı qızın anası: "Bədənində izlər var idi, yazışmaları silinib"
-
Sneyder mükafatlarını satır
-
Moskva Paşinyana iki şərt irəli sürəcək
-
Türkiyə bu ölkədə PUA mərkəzi açacaq





