Hadisə

Gəncədə təcili yardım maşını qəzaya düşdü (Video)

4 Avqust 2026 00:33
Baxış: 281
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gəncədə təcili yardım avtomobili qəzaya düşüb.

Milli.Az Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

Təcili tibbi yardım avtomobili VAZ- 2106 markalı maşınla toqquşub.

Qəza zamanı təcili yardım avtomobilində olan xəstə üçün əlavə avtomobil gətirilib və xəstəxanalardan birinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.