Hadisə

XİN: Ermənistanın mina terroru nəticəsində 433 azərbaycanlı qurban olub

3 Avqust 2026 16:18
Baxış: 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2020-ci il Vətən müharibəsindən bəri Ermənistanın əraziləri mina ilə çirkləndirməsi nəticəsində 433 nəfər mina qurbanı olub.

Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" səhifəsində bildirilib.

Son hadisədə daha iki Azərbaycan vətəndaşının minaya düşərək ağır xəsarət aldığını diqqətə çəkən XİN beynəlxalq ictimaiyyəti Azərbaycana minalardan təmizləmə işlərinə daha güclü dəstək verməyə çağırıb.

"Bu faciə minaların insan həyatı üçün yaratdığı davamlı təhlükəni və günahsız insanların hər gün üzləşdiyi riskləri bir daha nümayiş etdirir. Minalardan təmizləmə işlərinin sürətləndirilməsi üçün beynəlxalq ictimaiyyətin daha güclü dəstəyinə təcili ehtiyac var. Minalardan azad gələcək dayanıqlı sülhün, inkişafın və insan təhlükəsizliyinin əsas şərtlərindən biridir", - XİN-in məlumatında deyilir.

Qeyd edək ki, bu gün Ağdərədə mina partlayıb, 2 nəfər xəsarət alıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.