Açıq sarı, tünd sarı, narıncı - Rəngi belə olan yumurtanı əsla yeməyin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səhər yeməyində boşqabınıza qoyduğunuz yumurta sarısı düşündüyünüz qədər günahsız deyil. Açıq sarı, tünd sarı, narıncı... Mütəxəssislər yumurta sarısındakı gizli təhlükəni açıqlayıblar. Həmin rəngi gördükdə əsla istehlak etməyin, toyuğun nə yediyini birbaşa ifşa edir.
Milli.Az xəbər verir ki, səhər yeməyi süfrələrinin vazkeçilməzi olan yumurtanın sarısındakı ton fərqlilikləri təsadüf deyil. Sındırıldıqda açıq sarı, narıncı və tünd sarı çıxan yumurta sarıları toyuğun nə ilə qidalandığına və necə bir mühitdə yaşadığına dair ən dəqiq ipucunu verir. Sağlamlıq baxımından hansına üstünlük verilməlidir?
Yumurta sarısının rəngini müəyyən edən əsas amil toyuqların istehlak etdiyi yemlərin tərkibindəki karotinoid və ksantofil piqmentləridir. Toyuğun qidalanma keyfiyyəti birbaşa yumurtanın rənginə təsir edir:
Solğun / Açıq sarı: Toyuğun əsasən piqment baxımından kasad olan buğda, arpa və ya ağ qarğıdalı üstünlük təşkil edən yemlərlə qidalandığını göstərir. Adətən qəfəs şəraitində saxlanılan toyuqlarda rast gəlinir.
Parlaq sarı: Toyuğun qidasına sarı qarğıdalı, yonca və müxtəlif yaşıl bitkilərin daxil edildiyinin göstəricisidir.
Narıncı rəngi: Toyuğun təbii mühitdə sərbəst gəzdiyini, təzə ot, soulcan, həşərat və piqment baxımından zəngin təbii qidalarla qidalandığını sübut edir.
Hansı yumurta daha faydalıdır?
Təbii mühitdə otlayaraq sərbəst böyüyən sərbəst (kənd) toyuqlarının yumurtaları təkcə rəngi ilə deyil, qida dəyəri ilə də seçilir. Tünd portağal rəngli sarıya malik yumurtalar A, D, E və K vitaminləri ilə yanaşı, göz sağlamlığını qoruyan lutein baxımından daha zəngin profil təqdim edir. Lakin mütəxəssislər yumurta sarısının rənginin süni yem əlavələri ilə də tündləşdirilə biləcəyini, buna görə də təkcə rəngə baxmağın kifayət olmadığını qeyd edirlər. Ən düzgün seçim üçün yumurtanın təzəliyi, üzərindəki kod nömrəsi (0 və ya 1 kodlu sərbəst gəzən/orqanik) və etibarlı istehsal şərtlərinə diqqət yetirilməlidir.
Bu rəng yumurtalardan uzaq durun
Solğun və solğun açıq sarı rəngdə olan yumurtanın sarısı zərərli və ya zəhərli deyil, lakin qida dəyəri ən aşağı olan yumurtadır. Açıq sarı rəngli yumurta toyuğun günəş görməyən, qapalı qəfəs mühitində (3 kodlu) yalnız buğda və arpa kimi piqment baxımından kasad yemlərlə qidalandığını göstərir. Vitamin, mineral və Omeqa-3 nisbəti çox aşağıdır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Türk gəmisi vuruldu - ağır yaralılar var - Yenilənib - (Video)
-
Günün qoroskopu: Reallıq ilə xəyal dünyası arasındakı sərhədlər itir
-
Açıq sarı, tünd sarı, narıncı - Rəngi belə olan yumurtanı əsla yeməyin
-
İllərdir səhv dəmləyirmişik: 1 ədəd əlavə etmək kifayətdir
-
“Yaprak Dökümü”nun aktyoru “Uzak Şehir”də (Foto)
-
Xadimə ilə rəqs edən şəxs Mübariz Əsgərovun oğlu imiş (Video)
XƏBƏR LENTİ
-
Ulduz hücumçu "Barselona"ya keçmək üçün maaşını endirməyə hazırdır
-
Sabah bəzi ərazilərdə işıq olmayacaq
-
Türkiyə klubu Nəriman Axundzadənin transferini elan etdi - Yenilənib
-
Türk gəmisi vuruldu - ağır yaralılar var - Yenilənib - (Video)
-
Günün qoroskopu: Reallıq ilə xəyal dünyası arasındakı sərhədlər itir
-
Qardaşı oğlu ilə dənizdə batan Arisin (Fotosu)
-
Açıq sarı, tünd sarı, narıncı - Rəngi belə olan yumurtanı əsla yeməyin
-
15 yaşlı oğlan və əmisi dənizdə batdı - Yenilənib
-
İllərdir səhv dəmləyirmişik: 1 ədəd əlavə etmək kifayətdir
-
“Atam o hadisədən sonra valideynlərindən, bacı və qardaşlarından uzaq düşür” (Foto)
-
İmişlidə zəlzələ oldu
-
Olqa Stefanişina vəzifəsindən azad edildi
-
Tramp: İran heç vaxt nüvə silahına sahib olmayacaq
-
"48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi"
-
Nuridə Məmmədova vəzifəsindən azad edildi
-
İstanbulda torpaq sürüşməsi baş verib, dağıntılar altında qalanlar var (Foto)
-
“Yaprak Dökümü”nun aktyoru “Uzak Şehir”də (Foto)
-
Şəmkirdə "Niva" yanıb (Foto)
-
Şeydayevin yeni klubu rəsmiləşdi
-
Zülfiyyə nəvələri ilə - (Foto)
-
Xadimə ilə rəqs edən şəxs Mübariz Əsgərovun oğlu imiş (Video)
-
"Turan Tovuz" Türkiyə klubuna böyük hesabla qalib gəldi
-
Netanyahu: İran artıq əvvəlki kimi deyil
-
Müdafiə naziri hərbi attaşelərlə görüşüb (Foto)





