İllərdir səhv dəmləyirmişik: 1 ədəd əlavə etmək kifayətdir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çayın qısa müddətdə acılaşmasından və ləzzətini itirməsindən şikayət edənlər üçün diqqətçəkən üsul gündəmə gəlib.
Milli.Az xəbər verir ki, çayın uzun müddət təzə qalmasını təmin edən ən praktik üsullardan biri dəmliyə bir ədəd qənd əlavə etməkdir. Çaysevərlərin illərdir tətbiq etdiyi bu üsul sayəsində çayın daha gec acılaşdığı, rənginin isə daha parlaq qaldığı qeyd olunur. Dəmləmə mərhələsində çayın içinə atılan qəndin çayın daha balanslı dəmlənməsinə töhfə verdiyi bildirilir. Bu kiçik toxunuşun çayın dadını qabarıq şəkildə şirinləşdirmədiyi, lakin acılığın daha gec yaranmasına kömək etdiyi vurğulanır. Eyni zamanda çayın rənginin daha canlı və parlaq görünməsinə də dəstək olduğu ifadə edilir.
Çayın acılaşmasının səbəbi: Tanin miqdarı
Çay yarpaqları isti su ilə təmas etdikdə tanin adlanan təbii birləşmələr suya keçməyə başlayır. Yarpaqlar uzun müddət isti suyun içində qaldıqda tanin miqdarı artır. Bu da çayın tünd rəng almasına, dadının sərtləşməsinə və zamanla bayat bir aroma qazanmasına səbəb olur.
Bu səhvləri etməyin
Çayın ləzzətini uzun müddət qorumaq üçün təkcə kub şəkər əlavə etmək kifayət deyil. Mütəxəssislər çay təxminən 15-20 dəqiqə dəmləndikdən sonra yarpaqların isti su ilə təmasının kəsilməsini tövsiyə edirlər. Süzgəcli dəmlikdən istifadə etmək və ya çay qalıqlarını sudan ayırmaq acılaşmanın qarşısını alır.
Dəmləmə zamanı qaynar suyun birbaşa quru çayın üzərinə tökülməməsi də məsləhət görülür. Əvvəlcə isti suyun dəmliyə əlavə edilməsi, daha sonra çayın suyun üzərinə tökülməsi yarpaqların yanmasının qarşısını alır və aromanın daha uzun müddət qorunmasına kömək edir.
Dəmliyi odda saxlamayın
Çay dəmləndikdən sonra dəmliyi birbaşa yüksək odda saxlamaq əvəzinə, alt çaydanlıqdan qalxan buxarın hərarətində saxlamaq tövsiyə olunur. Həmçinin çini və ya şüşə dəmlikdən istifadə etmək istiliyi daha balanslı qoruyaraq çayın dadının və qoxusunun son stəkana qədər təzə qalmasını təmin edir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Suyu çox olan şorbanı xilas etməyin yolu - 1 qaşıq bəs edir
-
Sobada İzmir küftəsi resepti
-
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
XƏBƏR LENTİ
-
Vilayəti Paşinyana xəbərdarlıq etdi - “Onların ayaqlarını qıracağıq”
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib - (Video/Foto)
-
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - (Foto)
-
Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək - (Video)
-
Bu uşaqlar da məcburi köçkün statusu ala biləcək - Rəsmi
-
23 tondan çox dondurulmuş hind quşu əti məhv edildi
-
“Barselona” Rafinya ilə yeni müqavilə imzaladı
-
İsmayıl Qartala İrandan rəsmi təklif
-
Ziraat Bank Azərbaycan - maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
-
Bakıda yağış yağır - Faktiki hava
-
Bir bankın iflası ölkəni silkələdi - 3 milyon insan zərər çəkdi
-
Məşhur türk aktyorun son halı üzdü: “5 yox, sanki 15 yaş qocalıb” - (Foto)
-
Gömrükdə bəyan edilməmiş tibbi mallar ələ keçirildi
-
Aptekdən 35 min manat oğurlandı
-
Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirləri görülüb?
-
İran Ermənistana xəbərdarlıq edib
-
“Çalıkuşu”nun kiçik “Fəridə”si illər sonra - (Video)
-
Avropada təyyarələr havada qaldı - Üç sərnişin təyyarəsi təcili endirildi
-
Mikayıl Budaqova yeni vəzifə verildi
-
Zəngilan Aqroparkı yaradılır - Fərman
-
Prezident İlham Əliyev media nümayəndələrini təltif edib
-
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti təbrik edib





