Dünya

Zelenski: Müharibənin qışa qədər başa çatması üçün çalışacağıq

3 Avqust 2026 17:50
Baxış: 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə davam edən müharibənin 2026-cı ilin qışına qədər başa çatdırılması üçün bütün imkanlardan istifadə ediləcəyini bildirib.

Milli.Az xəbər verir ki, Zelenski bu barədə Kiyevdə səfirlərin müşavirəsi zamanı danışıb.

Ukrayna lideri qeyd edib ki, əsas məqsəd Rusiyanı sülhə məcbur etmək üçün diplomatik və digər vasitələrdən maksimum istifadə etməkdir.

"Bütün diplomatik səylərin, Ukraynanın və tərəfdaşların tətbiq etdiyi sanksiyaların nə zaman nəticə verəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Lakin təzyiq elə səviyyəyə çatmalıdır ki, Rusiyanın sülhdən başqa seçimi qalmasın", - deyə Zelenski bildirib.

O vurğulayıb ki, Ukrayna prosesin payız aylarında nəticə verməsinə çalışacaq.

Zelenskinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin müharibəni uzatmağa hazırlaşır, səfərbərlik və yeni hücum planları üzərində işləyir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.