Cəmiyyət

Prokuror olmaq istəyənlərin nəzərinə

3 Avqust 2026 15:26
Baxış: 255
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə əsasən Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün 30 ştat vahidi üzrə 14.04.2026-cı il tarixdə elan edilmiş müsabiqə ilə bağlı sənədlərin elektron qaydada qəbulu prosesi davam etdirilir.

Milli.Az xəbər verir ki, prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar Azərbaycan Respublikası Baş Prokurorluğunun (https://hr.genprosecutor.gov.az/) internet səhifəsi vasitəsilə müraciət edib qeydiyyatdan keçərək müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.

Namizədlər müsabiqə ilə bağlı ətraflı məlumatı (https://genprosecutor.gov.az/az/post/9217) linkinə daxil olmaqla əldə edə bilər.

Sənədlərin qəbulunun başa çatacağı tarix, test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında məlumat veriləcəkdir.

Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir) 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.