Şou-biznes

"Dima Bilan, tamaşaçılardan üzr istəməlisən"

2 Avqust 2026 22:24
Baxış: 312
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiyalı müğənni Dima Bilanın Moskvada baş tutan konserti sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, buna səbəb səhnənin həddindən artıq hündür qurulması olub. Tamaşaçılar bildiriblər ki, hətta ön sıralarda əyləşənlər belə ifaçını rahat görə bilməyiblər.

Konsertdən sonra sosial şəbəkələrdə Dima Bilana ünvanlanan çoxsaylı tənqidi rəylər yazılıb.

İzləyicilər "Birinci sırada oturanda belə belə olursa, digərləri nə etsin?", "Görmək üçün nə etməli idik?", "Təşəkkür, Dima. İnsanlar heç nə görə bilmədi", "Dima, izləyicilərdən üzr istəməlisən" kimi şərhlərlə narazılıqlarını ifadə ediblər.

Müğənni isə hələlik məsələ ilə bağlı açıqlama verməyib./Axşam.az

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.