Ölkə

“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)

26 Sentyabr 2026 00:47
Baxış: 227
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində hərəkətin idarəolunması üçün ağıllı kameralar quraşdırılacaq. Ancaq qoruq ərazisində giriş-çıxışın tam məhdudlaşdırılması nəzərdə tutulmur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud "Cavabdeh" layihəsinə müsahibəsində deyib.

Rüfət Mahmud "İçərişəhər"in qədimiliyini və ümumi mühiti pozan hallardan da danışıb. Onun sözlərinə görə, elektrik naqilləri, sayğaclar, kondisionerlər, su çənləri kimi əlavə avadanlıq və qurğular tarixi abidələrin görünüşənə xələl gətirir.

O, qala divarların yağışdan sonra uçmasına da aydınlıq gətirdi.

Bildirildi ki, uzunluğu 1 km olan qala divarlarının 20 faizə qədəri artıq bərpa olunub. "İçərişəhər"də yeraltı yolların olması ilə bağlı gəzən əfsanələrə də ayınlıq gətirən sədr aparılan tədqiqatlar zamanı yeraltı ovdanın aşkarlandığını bildirdi.

Sədrin sözlərinə görə, "İçərişəhər"də yeraltı yollar şəbəkəsinə  rast gəlinməyib.

Rüfət Mahmud "İçərişəhər"də icarəyə verilən obyektlər üzrə müqavilə müddətinin 6 ay müəyyənləşdirilməsi məsələsinə də aydınlıq gətirdi. Onun sözlərinə görə, standart icarə müqaviləsinin müddəti 11 aydır. Sahibkar müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə, növbəti müqavilə xəbərdarlıq məqsədilə 6 aylıq bağlanır. Bu müddət ərzində nöqsanlar aradan qaldırılmalıdır. Əks halda müqavilənin müddəti uzadılmır.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.