Ölkə

İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama

25 Sentyabr 2026 21:56
Baxış: 270
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"İçərişəhərdə ümumi yol şəbəkəsi 7,5 kilometrdir. Bunun təxmini yarısı elə piyada yollarıdır".

Milli.Az xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud APA və "Xəzər" TV-yə birgə müsahibəsində deyib.

"Bu gün maşınlar üçün əsas istifadə olunan yollar daxili perimetr üzrə olan yollardır. Onların bağlanmaması şəhərin canlı qalması üçün mütləqdir. Amma piyadalar üçün daha çox imkanlar yaradılır, daha rahat piyada zonaları təşkil olunur. Eyni zamanda inklüziv yolların da tikintisi bizim planımızda var. Bu gün artıq Qız qalasına çatan və Neftçilər prospektindən başlayan yol inklüziv yol olaraq təşkil olunub və bunun davam etdirilməsi planlaşdırılır. Məqsəd bütün ərazini avtomobillər üçün bağlamaq deyil, sakinlərin ehtiyaclarını nəzərə alan düzgün piyadalaşdırma modelidir", - İdarə sədri qeyd edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.