Şou-biznes

Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi

25 Sentyabr 2026 20:20
Baxış: 256
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyəli aktrisa Biran Damla Yılmaz haqqında Almaniyada 6 ay müddətinə həbs cəzası verilib.

Milli.Az xəbər verir ki, aktrisanın botoks, dolğu və lazer prosedurlarından yaranan borcu 285 min avroya çatıb. İddialara əsasən, Yılmazın keçmiş sevgilisi Abdurrahman Aydın sözügedən prosedurlar üçün zamin göstərilib.

Ödənişlərin həyata keçirilməməsindən sonra icra prosesi başladılıb. Borcun böyük hissəsinin Aydından tutulduğu, onun isə sənədləri Hamburq Türk Konsulluğuna təqdim etməsindən sonra məsələ məhkəməlik olub.

Qeyd edək ki, Biran hazırda "Halef: Köklerin Çağrısı" serialında "Yıldız" obrazını canlandırır. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.