Dünya

Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər

25 Sentyabr 2026 21:42
Baxış: 261
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Microsoft"un qurucusu Bill Qeyts süni intellekt texnologiyalarından bədniyyətli insanların istifadə etməsinin son dərəcə ağır nəticələrə səbəb ola biləcəyini bildirib.

Milli.Az xəbər verir ki, Qeyts NBC telekanalına müsahibəsində süni intellektin potensial risklərindən danışıb.

"Süni intellekt, şübhəsiz ki, bir milyard insanın ölümünə səbəb ola biləcək hadisələri törətmək üçün kifayət qədər gücə malikdir", - o, bildirib.

Qeyts bunu süni intellekt texnologiyalarının "pis niyyətli" insanların əlinə keçməsi ehtimalı ilə əlaqələndirib.

O, sentyabrın 15-də "The Times" qəzetinin podkastında süni intellektə nəzarət edəcək beynəlxalq təşkilatın yaradılmasının tərəfdarı olduğunu da bildirmişdi.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.