Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirilib, əsas prioritetlər müzakirə olunub.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşımında qeyd edilib.
Bildirilib ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası (UNGA81) çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasına sədrlik edib və iclasda çıxış edib.
"Nazir çıxışında ortaq köklər və tarixlə bağlı olan türk dövlətləri arasında birliyin dərinləşməsinə toxunaraq, dəyişən qlobal çağırışlar fonunda çoxtərəfli tərəfdaşlığın gücləndirilməsinin strateji zərurət olduğunu vurğulayıb.
Ceyhun Bayramov Qəbələ Zirvə Görüşündə qəbul edilmiş qərar və irəli sürülmüş təşəbbüslərdən sonra Azərbaycanın sədrliyi çərçivəsində əldə olunan əsas nəticələr barədə məlumat verib.
Nazir çıxışı zamanı Azərbaycanda keçirilən tədbirlərdə fəal iştiraklarına görə üzv dövlətlərə təşəkkür edib. Türk xalqlarının dilinin, tarixinin və mədəni irsinin öyrənilməsinə mühüm töhfə vermiş Birinci Türkoloji Qurultayın yüzilliyinə həsr olunmuş tədbirlər mühüm nailiyyət kimi qeyd edilib.
Bundan əlavə, Bakıda keçirilmiş, o cümlədən Təhlükəsizlik Şuraları katiblərinin, Müsəlman Dini Qurumları Rəhbərləri Şurasının və aparıcı milli analitik mərkəzlərin görüşləri bu gündəliyin əhatə dairəsinin genişliyini nümayiş etdirib.
TDT-nin beynəlxalq mövqeyinin daha da gücləndirilməsinin vacibliyini vurğulayan nazir təşkilata BMT Baş Assambleyasında müşahidəçi statusunun verilməsinin ümumi məqsədlərdən biri olduğunu qeyd edib.
O, türk coğrafiyasında fiziki nəqliyyat əlaqələrinin və tranzit infrastrukturunun gücləndirilməsinin, bununla da regional dayanıqlılığın və əlaqəliliyin artırılmasının strateji zərurət olduğunu bir daha vurğulayıb.
Bununla yanaşı, biznes icmaları və xalqlar üçün birbaşa imkanlar yaratmaq məqsədilə ticarət, enerji, informasiya-kommunikasiya texnologiyaları (İKT), elm, texnologiya və mədəniyyət sahələrində praktiki və ayrı-ayrı sektorlar üzrə əməkdaşlığın genişləndirilməsinin yüksək prioritet daşıdığı qeyd olunub.
Xarici işlər naziri Ceyhun Bayramov qardaş Türkiyəyə COP31-in Antalyada və qarşıdan gələn 13-cü TDT Zirvə Görüşünün Ankarada keçirilməsi münasibətilə uğurlar arzulayıb və Azərbaycanın davamlı dəstəyini bir daha təsdiqləyib.
İclas Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Bəyanatının qəbul edilməsi ilə uğurla başa çatıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
XƏBƏR LENTİ
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi





