Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qapıçı Mateuş Koxalskinin "Qarabağ"dan ayrılaraq "Vyeçista"ya keçidi Polşa futbolunun əfsanəsi Yeji Dudekin narazılığına səbəb olub.
Milli.Az xəbər verir ki, "Real" və "Liverpul"un sabiq qapıçısı "Polsat Sport"a açıqlamasında 26 yaşlı qolkiperi tənqid edib.
Koxalskinin "Qarabağ"dakı çıxışları bir sıra nüfuzlu klubların diqqətini cəlb edib. Bildirilib ki, hətta Dortmund "Borussiya"sı da qapıçı ilə maraqlanıb. Lakin Koxalski Azərbaycanda yaşamağın evindən uzaqlıq və mədəni fərqlər səbəbindən ona uyğun olmadığını vurğulayıb.
Alternativ təkliflərin olmadığı bir vaxtda isə qapıçı Polşaya qayıdaraq "Vyeçista"ya keçib. Bu qərar Dudekin təəccübünə səbəb olub. O, deyib:
"Çempionlar Liqasında "Qarabağ"la oynayan, son olaraq Avropa Liqasının təsnifat mərhələsində çıxış edən Koxalskinin ətrafında komanda qurmağın mümkün olub-olmadığını düşünmək olar. Amma onun rahatlıq və Polşa çempionatına qayıtmaq xatirinə, üstəlik "Vyeçista"ya keçməsi mənim üçün bir qədər anlaşılmazdır.
Avropanın top klublarından birinə keçmək uğrunda mübarizə aparmalı olan futbolçu rahatlığı, "Vyeçista"ya transferi seçdi və bunun müqabilində Polşa millisindən də dəvət aldı. Bu, peşəkar futbolun prinsipləri ilə mənə ziddiyyət təşkil edir. Həmçinin baş məşqçi Yan Urbanın futbolçuların seçimləri ilə bağlı fikirləri ilə də uyğun gəlmir.
Urban bildirmişdi ki, futbolçu Polşa çempionatına qayıdarsa, milli komandaya düşmək şansı olmayacaq. Onun Qətər və ya Səudiyyə Ərəbistanı liqalarını seçən futbolçularla bağlı fikirləri də buna bənzər idi. O, deyirdi ki, həmin liqalar çox uzaqdır və oradakı futbolçuları izləmək mümkün deyil". (qol.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
“Real Madrid”in sabiq hücumçusu İspaniya klubunu çalışdıracaq
-
Xankəndi stadionunda keçiriləcək ilk rəsmi oyun bu tarixdə olacaq
-
Haaland “Qızıl oyunçu” oldu
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
XƏBƏR LENTİ
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür
-
İşə gedərkən itlərin hücumuna məruz qaldılar - (Video)
-
Günün qoroskopu: İntuitiv duyğularınızın çox güclü olduğu bir gündür
-
Gəncədə qəza olub, xəsarət alanlar var
-
Elçin Zehra İrem həmkarı ilə eşq yaşadığını elan etdi - (Foto)
-
Qubada ağır qəzada ölən gəncin fotosu - Yenilənib
-
Biotin qəbul edənlərə çağırış - (Video)
-
“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər” - Aytən Səfərova
-
Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - (Video)
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto/Video)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi





