Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ödəniş kartları və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən risk əsaslı yanaşmanın əsas məqsədi ödəniş xidməti təchizatçılarının, o cümlədən banklar və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərini minimuma endirmək və risk əsaslı yanaşmanın daha vahid formada tətbiq edilməsidir.
Azərbaycan Banklar Assosiasiyasından Milli.Az-a verilən məlumata görə, son illərdə rəqəmsal ödəniş ekosisteminin sürətli inkişafı, nağdsız hesablaşmaların genişlənməsi və innovativ ödəniş həllərinin artması risklərin daha effektiv idarə edilməsini zəruri edib.
"Bu yanaşma sağlam ödəniş təcrübəsinin təşviqinə, maliyyə fırıldaqçılığı risklərinin azaldılmasına və ödəniş ekosisteminin təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, mövcud yanaşmaya əsasən, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, habelə depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bank tərəfindən təqdim edilən hər bir ödəniş kartı məhsulu üzrə milli valyutada 1 ödəniş kartı, hər bir xarici valyuta üzrə isə 1 ödəniş kartı nəzərdə tutulur.
"Bu yanaşma yalnız konkret bank üzrə tətbiq edilir və digər banklardan ödəniş kartı əldə edilməsinə hər hansı məhdudiyyət yaratmır. Eyni zamanda, əgər bank ödəniş xidməti istifadəçisinə bir neçə fərqli ödəniş kartı məhsulu təqdim edirsə, ödəniş xidməti istifadəçisi həmin məhsulların hər biri üzrə ayrıca ödəniş kartı əldə edə bilər", - məlumatda vurğulanıb.
Bildirilib ki, ödəniş xidməti istifadəçisi eyni bankdan həm milli valyutada, həm də müxtəlif xarici valyutalarda, məsələn, ABŞ dolları və avroda ödəniş kartı əldə edə bilər.
Assosiasiyadan qeyd edilib ki, yeni yanaşma hazırda istifadə olunan ödəniş kartlarının istifadəsinə məhdudiyyət yaratmır. Mövcud kartlardan onların etibarlılıq müddəti başa çatanadək və ya istifadəçi tərəfindən bağlanılanadək istifadə etmək mümkündür.
"Eyni bankdan əlavə ödəniş kartına ehtiyac yarandıqda, ödəniş xidməti istifadəçisinin xidmət aldığı banka müraciət etməsi kifayətdir. Bank risk əsaslı yanaşma çərçivəsində müraciəti qiymətləndirəcək", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, istifadəçi tərəfindən ödəniş kartından və ya elektron pula bağlı ödəniş hesabından istifadə məqsədi barədə ağlabatan izahat təqdim edildiyi, həyata keçirilən əməliyyatların bankda mövcud məlumatlarla uyğunluq təşkil etdiyi və qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandığı hallarda, konkret istifadəçi üzrə nəzərdə tutulan sayın artırılması mümkündür.
Assosiasiya vurğulayıb ki, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları və depozit hesablarına bağlı ödəniş kartları qeyd olunan risk əsaslı yanaşmadan istisna edilir.
Məlumata görə, risk əsaslı yanaşma 1 avqust 2026-cı il tarixindən etibarən tətbiq olunmağa başlanıb. Banklar və digər ödəniş xidməti təchizatçıları bu yanaşmanı öz texniki imkanları və daxili prosedurları çərçivəsində mərhələli şəkildə tətbiq edirlər.
"Baza prinsipləri sektor üzrə vahid olsa da, risk əsaslı yanaşmaya uyğun olaraq konkret ödəniş xidməti istifadəçiləri üzrə fərqli qərarlar qəbul edilə bilər", - məlumatda qeyd olunub.
Bildirilib ki, yeni yanaşma ödəniş alətlərindən sui-istifadə hallarının qarşısının alınmasına, maliyyə fırıldaqçılığı risklərinin azaldılmasına və ödəniş xidməti təchizatçıları tərəfindən istifadəçilərin daha effektiv risk qiymətləndirilməsinə imkan yaradır.
Assosiasiyadan əlavə edilib ki, yanaşma eyni bankda müxtəlif ödəniş kartı məhsullarından istifadə imkanını da məhdudlaşdırmır. Belə ki, istifadəçi eyni bankda "Azal Miles", digər debet və ya kredit ödəniş kartı məhsulları üzrə ayrıca ödəniş kartları əldə edə bilər.
"Qeyd olunan yanaşma hər bir bank tərəfindən təqdim edilən hər bir ödəniş kartı məhsulu üzrə ayrıca tətbiq edilir. Eyni yanaşma həm milli valyutada, həm də xarici valyutada təqdim olunan ödəniş kartı məhsullarına şamil edilir. Bu çərçivədə hər bir ödəniş kartı məhsulu üzrə milli valyutada 1 ödəniş kartı, hər bir xarici valyuta üzrə isə 1 ödəniş kartı əldə edilməsi mümkündür", - məlumatda bildirilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar





