Dünya

Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq

25 Sentyabr 2026 16:57
Baxış: 278
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sentyabrın 25 və 26-da Günəşdə M sinifli güclü partlayışlar baş verə bilər.

Milli.Az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu proqnoz yayıb.

Mütəxəssislərin məlumatına görə, yaxın iki gün ərzində Günəş aktivliyi ümumilikdə aşağı səviyyədə qalacaq. Bununla belə, M sinifli partlayışların baş verməsi istisna edilmir.

Sentyabrın 25-də geomaqnit sahənin qeyri-sabit olması mümkündür. Növbəti gün isə əsasən sakit vəziyyət gözlənilir, lakin ayrı-ayrı dövrlərdə qeyri-sabitlik yarana bilər.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.