“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyi (Baku Network) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək" layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə görüş keçirib.
Görüşdə Trend BİA-nın direktor müavini, layihənin təlimçi-eksperti Sahil Kərimli və "Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyinin sədri, layihənin rəhbəri Elçin Ağacanov çıxış ediblər.
Sahil Kərimli saxta məlumatların yayılmasının Azərbaycan üçün aktual problem olduğunu bildirib. Onun sözlərinə görə, həqiqətə uyğun olmayan xəbərlər təkcə ayrı-ayrı şəxsləri yanlış istiqamətləndirmir, həm də cəmiyyətin müəyyən hadisələr barədə təsəvvürünə təsir göstərmək üçün istifadə olunur.
"Bütün ölkələr kimi Azərbaycan da saxta xəbərlərdən əziyyət çəkir. Bizə qarşı həmişə həqiqətə uyğun olmayan məlumatlarla informasiya müharibəsi aparılıb. Bu istiqamətdə nə qədər mübarizə aparsaq da, problemin kökünü kəsmək mümkün deyil", - deyə o qeyd edib.
S.Kərimli bildirib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən və milli maraqlarına əsaslanan siyasətindən sonra da ölkəyə qarşı zərərli informasiya təsirləri davam edir. O, belə məlumatların gənclərin fikirlərinə təsir göstərmək, cəmiyyətdə çaşqınlıq və təxribat yaratmaq məqsədi daşıya biləcəyini söyləyib.
Təlimçi-ekspertin sözlərinə görə, saxta xəbərlər vasitəsilə Azərbaycanın yaxşı münasibətlərinin olduğu ölkələrlə əlaqələrinə də xələl gətirməyə çalışılır. Bu səbəbdən jurnalistlərin məlumatlara məsuliyyətlə yanaşması və onların həqiqətə uyğunluğunu qiymətləndirməsi xüsusi əhəmiyyət daşıyır.
"Bu mənada jurnalistlərin üzərinə böyük yük düşür", - deyən S.Kərimli saxta məlumatları tanımaq və onlara qarşı sayıqlığı artırmaq barədə tələbələrin fikirlərini də dinləyib.
Elçin Ağacanov çıxışında gənclərin düşüncəsinə təsir göstərmək cəhdlərindən danışıb. O bildirib ki, gənclər cəmiyyətin aparıcı qüvvələrindən biri olduqları üçün onları müxtəlif ideyaların təsiri altına salmağa çalışanlara qarşı diqqətli olmalıdırlar.
"Gənclərin fikirlərinə təsir edərək onları əzmək cəhdləri həmişə olub və olacaq. Siz cəmiyyətin əsas aparıcı qüvvəsi və ümidisiniz", - deyə o vurğulayıb.
E.Ağacanov dini mövzulardan istifadə edərək gənclərə təsir göstərməyə çalışanlara inanmamağa və ekstremizmdən uzaq durmağa çağırıb. O qeyd edib ki, məlumatla qarşılaşarkən ayıq-sayıq olmaq, təqdim edilən fikirləri düzgün qiymətləndirmək və hadisələrin real mənzərəsi ilə süni şəkildə yaradılan informasiya arasında fərqi görmək vacibdir.
"Hibrid təhlükə anlayışı yalnız yalan xəbərləri deyil, müxtəlif informasiya manipulyasiyası üsullarını da əhatə edir", - deyə E.Ağacanov bildirib.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
Ovni Muradov nazir təyin edildi
XƏBƏR LENTİ
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Ovni Muradov nazir təyin edildi
-
İdmançı Əmrah Nağıyev həbs edildi
-
Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - Dosye
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər





