Cəmiyyət

Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - Dosye

25 Sentyabr 2026 15:52
Baxış: 654
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xəbər verdiyimiz kimi, Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general-mayor Allahverən İbiş oğlu İsmayılova "general-leytenant" ali hərbi rütbəsi verilib.Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Milli.Az Allahverən İbiş oğlu İsmayılovun dosyesini təqdim edir:

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini, general-leytenant Allahverən İbiş oğlu İsmayılov uzun illər dövlət təhlükəsizliyi və xüsusi rabitə sahəsində fəaliyyət göstərib.

Allahverən İsmayılov hazırda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini vəzifəsini icra edir. O, daha əvvəl Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsində çalışıb.

Allahverən İsmayılov dövlət qulluğu və rabitə sahəsindəki xidmətlərinə görə bir sıra təltiflərə layiq görülüb.

O, "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.

Bundan başqa, İsmayılov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

 
 
 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.