Hadisə, Kriminal

Zaqatalada narkotik əməliyyatı: 1,5 kiloqram narkotik götürüldü

25 Sentyabr 2026 15:00
Baxış: 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Zaqatalada narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Milli.Az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş F.Buğluyev saxlanılıb.

Onun üzərindən 1 kiloqram 500 qram narkotik vasitə aşkarlanaraq götürülüb.

F.Buğluyev narkotik vasitəni satmaq məqsədilə sosial şəbəkədə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə F.Buğluyev barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.