“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində sənaye platformaları və azad iqtisadi zonaların investisiyaların cəlb edilməsi, istehsalın və ixracın genişləndirilməsi, eləcə də Azərbaycanın regional dəyər zənirlərinə inteqrasiyasındakı rolu müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi" mövzusunda panel sessiya keçirilib. Panel sessiyaya "AnewZ" telekanalının baş redaktoru Qay Şoun modereatorluq edib.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək Azərbaycanın əlverişli coğrafi mövqeyi, formalaşdırılan sənaye ekosistemi və inkişaf edən nəqliyyat-logistika infrastrukturununölkənin regional istehsal və ixrac mərkəzi kimi mövqeyinin gücləndirilməsinə şərait yaratdığını vurğulayıb. Ölkəmizdə mövcud olan sənaye zonalarının investisiyaların cəlb edilməsi və iqtisadiyyatın şaxələndirilməsi üçün yaratdığı imkanlar, sənaye zonalarında tətbiq olunan təşviq mexanizmləri barədə məlumat verilib. Azərbaycanın beynəlxalq və regional nəqliyyat dəhlizləri üzərində yerləşməsinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər logistika infrastrukturu ilə əlaqələndirilmiş sənaye imkanlarının istehsalçıların regional təchizat zəncirlərinə inteqrasiyasına və xarici bazarlara çıxışına yaratdığı üstünlüklər diqqətə çatdırılıb. İxracın təşviqi və logistika xərclərinin dəstəklənməsi istiqamətində tətbiq olunan yeni mexanizmlərin yerli məhsulların xarici bazarlara çıxış imkanlarını daha da genişləndirəcəyi diqqətə çatdırılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov rəqabət mühitinin iqtisadi inkişaf və investisiya fəallığının əsas şərtlərindən biri olduğunu qeyd edib. Bərabər rəqabət imkanlarının təmin edilməsi, istehlak bazarlarında şəffaflığın artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Müzakirələrdə Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov, "Koç Holding"ə daxil olan Dayanıqlı İstehlak Malları Qrupunun prezidenti Polat Şen, Danimarkanın "Carlsberg" şirkətinin korporativ məsələlər üzrə vitse-prezidenti Kristian Vulf Sönderqard, İtaliyanın DBA Group şirkətinin satış və biznesin inkişafı üzrə vitse-prezidenti Marko Politi, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üzrə rəhbəri Natali Muravidze, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko iştirak ediblər.
Panel sessiyada Azad İqtisadi Zonasında tətbiq olunan xüsusi hüquqi və tənzimləyici çərçivə, investorlar üçün təqdim olunan güzəştlər və ixracyönümlü istehsal imkanları barədə məlumat verilib. Azad iqtisadi zonanın strateji coğrafi mövqeyi və hazır infrastruktur imkanlarının yüksək əlavə dəyər yaradan, innovativ və ixracyönümlü layihələrin cəlbi üçün yaratdığı üstünlüklər qeyd edilib.
Panel iştirakçıları beynəlxalq şirkətlərin Azərbaycanda fəaliyyət və əməkdaşlıq imkanları, özəl sektorun inkişafında institusional və maliyyə dəstəyinin rolu, eləcə də dayanıqlı iqtisadi artım və regional əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
Ovni Muradov nazir təyin edildi
-
Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - Dosye
-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər
XƏBƏR LENTİ
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Ovni Muradov nazir təyin edildi
-
İdmançı Əmrah Nağıyev həbs edildi
-
Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - Dosye
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər
-
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib
-
"Formula 2": Birinci əsas yarışın qalibi bəllidir - Yenilənib
-
Ət qiymətləri ilə bağlı nazirdən açıqlama
-
Zərifə Nəcəfova vəfat etdi
-
İşimizi şansa buraxmayaq! Avtomobilinizin şassi nömrəsini (VIN) yoxlamaq təhlükəsizliyiniz üçün niyə vacibdir?
-
Zidan Arda Güler və Bellinqem arasında seçimini etdi
-
Zaqatalada narkotik əməliyyatı: 1,5 kiloqram narkotik götürüldü





