İdman

Litva – Azərbaycan matçının hakimləri açıqlandı

25 Sentyabr 2026 12:59
Baxış: 274
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

UEFA Millətlər Liqasının D Divizionunda Litva və Azərbaycan yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

Milli.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Kiprdən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Menelaos Antoniu olacaq. Ona yan xətt hakimləri Pavlos Georgiu və Eraklis Komodromos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Fellas yerinə yetirəcək.

VAR hakimi Marios Çaristoforou, onun köməkçisi Dimitris Solomou olacaq.

Qeyd edək ki, sentyabrın 27-də Kaunas şəhərində keçiriləcək Litva - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.