22 manata aldığı üzük 1,5 milyon manata satıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İngiltərədə ikinci əl bazarından cəmi 10 sterlinqə, təxminən 22 manata alınan üzüyün əsl dəyəri 30 ildən sonra məlum olub. Adi və dəyərsiz bəzək əşyası hesab edilən üzüyün üzərindəki daşın 26 karatlıq həqiqi almaz olduğu üzə çıxıb.
Milli.Az Metbuat.az-a istinadla xəbər verir ki, hadisə İngiltərənin Islevorth şəhərində baş verib. Üzüyü 1980-ci illərin sonunda ikinci əl bazarından alan şəxs onun üzərindəki daşı uzun illər saxta hesab edib və üzükdən gündəlik həyatda istifadə edib.
Üzüyün adi görünüşü və daşın kifayət qədər parlamaması sahibinin diqqətini cəlb etməyib. Lakin illər sonra bir zərgərin məsləhəti ilə üzüyü mütəxəssislərə göstərən şəxs gözlənilməz nəticə ilə qarşılaşıb.
Araşdırma üçün üzük "Sotheby's" vasitəsilə Amerika Gemologiya İnstitutuna göndərilib. Ekspertiza nəticəsində daşın 26,27 karat ağırlığında, VVS2 təmizlik dərəcəsinə və I rəng göstəricisinə malik olduğu müəyyənləşib. Mütəxəssislər almazın XIX əsrə aid olduğunu və köhnə "cushion" kəsim üsulu ilə hazırlandığını təsdiqləyiblər.
Mütəxəssislərin sözlərinə görə, almazın uzun illər ərzində diqqətdən kənarda qalmasının əsas səbəblərindən biri onun kəsim xüsusiyyətləri olub. XIX əsrdə əl işçiliyi ilə hazırlanan bu cür daşlar müasir almazlar kimi işığı güclü əks etdirmədiyindən daha az parlaq görünə bilər.
"Onluq" adı verilən üzüyün ilkin olaraq 250-350 min sterlinq arasında satılacağı gözlənilsə də, hərracın nəticəsi bu proqnozu xeyli üstələyib. Üzük Londonda keçirilən "Sotheby's" hərracında 656 min 750 sterlinqə, təxminən 1,5 milyon manata satılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
-
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
-
Gəncədə daha bir "BakuBus" avtobusu qəzaya düşdü - (Video)
-
Babək prospektində “BMW”nin körpüdən aşmasının anbaan videosu
-
Gəncədə avtobus işıq dirəyinə çırpıldı
-
Astarada sərnişin mikroavtobusu aşdı - 10-dan çox yaralı var - (Yenilənib)
XƏBƏR LENTİ
-
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
-
Nə tualet fırçası, nə də zibil qutusu - ən təhlükəli əşya mətbəxdə imiş
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Günün qoroskopu: Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq
-
Brüs Uillisin dili tutuldu
-
İtaliyada 6300 məktəbə bomba xəbərdarlığı göndərildi
-
Nərmin Abdinova Avropa çempionu oldu
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
-
Orbanın qardaşı həbs edildi
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
Tayland turist vergisi tətbiq edəcək
-
Rusiyanın ABŞ-dəki səfiri ölüb
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
Arif Mirzəyev vəfat etdi
-
Kəmaləddin Heydərov Polşa səfirliyində olub, başsağlığı verib - (Foto/Video)
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - (Video)
-
Dövlət Komitəsi Göy məscidin tarixi-mədəni kimliyinin təhrif edilməsinə etiraz edib
-
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - (Foto)
-
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
-
Yeni il gecəsi milyonlar qazanacaqlar - Siyahı
-
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - (Foto)
-
Gəncədə daha bir "BakuBus" avtobusu qəzaya düşdü - (Video)
-
Aslan Fətullayevin dəfn yeri açıqlandı





