İdman

Formula 1-də üçüncü sərbəst yürüş başladı

25 Sentyabr 2026 12:31
Baxış: 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüşə start verilib.

Milli.Az xəbər verir ki, Bakı Şəhər Halqasında baş tutan sessiyada pilotların mübarizəsi saat 12:30-da başlayıb.

Yarış proqramına əsasən, bu gün Formula 1 üzrə sıralama turu da keçiriləcək. Pilotlar sıralama sessiyasında əsas yarış üçün start mövqelərini müəyyənləşdirəcəklər.

Qeyd edək ki, ötən gün "Mersedes" pilotu Corc Rassell hər iki sərbəst yürüşdə ən sürətli nəticəni göstərib.

Müəllif: Tural Hüseyn

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.