Şou-biznes

Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)

25 Sentyabr 2026 07:07
Baxış: 262
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin məşhur "Sevdiğim Sensin" serialındakı rolu ilə son dövrdə diqqət mərkəzində olan aktrisa Helin Kandemir və futbolçu Dorukhan Toköz münasibətlərinə ikinci şansı veriblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən ay sosial media hesabında birgə fotosunu paylaşaraq sevgisini elan edən cütlük cəmi bir ay sonra yollarını ayırmışdı.

Onların sosial şəbəkədə bir-birini izləmədən çıxarması ayrılıq xəbərlərini təsdiqləmişdi.

"Fatih Karagümrük"də çıxış edən Dorukhan Toköz ilə Helin Kandemirin küsülülüyü uzun çəkməyib. Ötən həftə barışdıqları iddia edilən cütlük aralarındakı buzların əridiyini sosial mediadakı paylaşımları və bir-birinə yazdıqları rəylərlə nümayiş etdiriblər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.