Kriminal

Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)

24 Sentyabr 2026 23:04
Baxış: 374
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Meşədən qadın meyiti tapılıb...1976-cı il təvəllüdlü qadının öldürüldüyü məlum olub...

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, istintaqla müəyyən edilib ki, hadisə sentyabrın 21-də Bakı şəhərinin Xətai rayonunda baş verib. Əvəcuğ kənd sakini, 27 yaşlı, əvvəllər məhkum olunmuş Kamran Xəzər oğlu Seyidov qeyri-rəsmi nikah münasibətində olduğu Səadət Həsənovanı qısqanclıq zəminində bıçaqlayaraq öldürüb.

Daha sonra Kamran Seyidov qadının meyitini idarə etdiyi "Mercedes" markalı, 77-NY-316 dövlət qeydiyyat nişanlı avtomobillə kəndin meşəlik ərazisinə aparıb. Kamran Seyidov saxlanılıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.