Şou-biznes

Marina Vladi vəfat etdi

24 Sentyabr 2026 21:29
Baxış: 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiyalı aktyor Vladimir Vısotski ilə evli olan fransız aktrisa və müğənni Marina Vladi 88 yaşında dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, sənətçinin ölüm səbəbi açıqlanmayıb. Övladlarının yaydığı açıqlamada onun evində, yaxınlarının və ev heyvanlarının əhatəsində vəfat etdiyi bildirilib.

Sənətə uşaqlıqdan maraq göstərən Vladi aktyorluğa təxminən 10 yaşında başlayıb. Onun ilk ekran işi İtaliyanın "Yay fırtınası" filmi olub. Daha sonra bacıları ilə birlikdə rus xalq mahnıları ifa edən "Polyakov bacıları" triosunu yaradıb.

Atasının ölümündən sonra isə Marina "Vladi" təxəllüsünü götürüb. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.