Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın Tuva Respublikasında ayının hücumuna məruz qalan turist ölüb.
Milli.Az xəbər verir ki, bu barədə "İnterfaks"a respublikanın Dövlət Ov Nəzarəti İdarəsinin rəhbəri Artış Salçak məlumat verib.
"Sentyabrın 22-də moskvalı turistlərdən ibarət qrup Böyük Yenisey çayı ilə qayıqla dərin tayqaya doğru hərəkət edib. Onlar sahil boyu düşərgə qurublar. Günorta saatlarında qrupa ayı hücum edərək 60 yaşlarında bir kişinin üzünü ağır şəkildə dişləyib. Yaralı əvvəlcə qayıqla Toora-Xem kəndinə, daha sonra isə helikopterlə Kızıl şəhərindəki xəstəxanaya çatdırılıb. Təxminən iki saat əvvəl həmin şəxsin öldüyü barədə məlumat daxil olub", - deyə Salçak bildirib.
Qurum rəsmisinin sözlərinə görə, səyahətçilər meşəyə girişlə bağlı qadağaya məhəl qoymayaraq tayqaya yollanıblar və özləri ilə çoxlu miqdarda qida ehtiyatı götürüblər. Hadisə yerinə ayını zərərsizləşdirmək məqsədilə ovçular, eləcə də polis əməkdaşları cəlb olunub.
"REN TV"nin yaydığı məlumata əsasən, ölən şəxs tanınmış hokkey məşqçisi Aleksandr Kuzmenkodur.
O, uzun illər hokkeyçilərin hazırlığı ilə məşğul olub. Onun tələbələri sırasında NHL-də çıxış edən Andrey Kuzmenko, KHL-də oynayan Nikita Korostelev və Daniil Qriqoryev də yer alır.
Andrey Kuzmenko ölən məşqçinin oğludur. O, hazırda NHL-də "Pittsburq Pinqvinz" klubunun heyətində çıxış edir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
Qazaxıstanda hərbi təlim faciə ilə nəticələndi: 9 hərbçi öldü
-
Türkiyədə güclü zəlzələ oldu
XƏBƏR LENTİ
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir
-
Bakıda Formula 2 üzrə ikinci sıralama turu başa çatıb - Yenilənib
-
Maşınınız duracağa aparılarsa, bu qədər pul ödəyəcəksiniz - Yeni qiymətlər
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Formula 2: Azərbaycan Qran-Prisində ilk sıralama turu yekunlaşıb - Yenilənib
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
20 yaşlı polşalı futbolçu faciəvi şəkildə öldü
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)
-
Qazaxıstanda hərbi təlim faciə ilə nəticələndi: 9 hərbçi öldü
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başa çatdı - Yenilənib
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
-
Yevlaxdakı qətl işi üzrə 6 qohuma hökm oxundu
-
Xəzərdə hərbi təlim faciə ilə nəticələndi - 9 hərbçi öldü





