Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
2027-2030-cu illəri əhatə edəcək yeni Strategiyanın və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri artıq hazırlanıb və İqtisadi Şurada geniş müzakirə olunaraq Azərbaycan Respublikası Prezidentinə təqdim olunub.
Bu barədə Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində "2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozları"nın müzakirəsində çıxışı zamanı deyib.
O qeyd edib ki, 2027-2030-cu illəri əhatə edən növbəti ortamüddətli dövrregionda cərəyan edən mürəkkəb geosiyasi-iqtisadi proseslər və qlobal inkişaf meylləri baxımındanölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır.
"Bu şərait qarşıdakı mərhələdə dövlət siyasətinin prioritetləri nəzərə alınmaqla mövcud imkanlardan səmərəli istifadə olunmasını və mümkün risklərə hazırlığın daha da gücləndirilməsini zəruri edir.
Qeyd edilən vəzifələrin həyata keçirilməsində səmərəli büdcə və fiskal siyasət mühüm rol oynayır. Qarşıdakı dövrdə maliyyə resurslarının əsas prioritetlər üzrə düzgün istiqamətləndirilməsi, sosial-iqtisadi sabitliyin qorunması və strateji inkişaf hədəflərinin reallaşdırılması əsas şərtlərdən biridir.
Bu yanaşma maliyyə planlaşdırılmasının ölkənin uzunmüddətli inkişaf prioritetləri və hazırda icra olunan strateji sənədlərlə sıx uzlaşdırılmasını zəruri edir.
Bu baxımdan, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" və onun əsasında hazırlanmış "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası", eləcə də "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" xüsusi əhəmiyyət daşıyır.
Sözügedən sənədlər uğurla icra olunur və cari il Strategiyanın həyata keçirilməsinin son ilidir.
Son dövrdə cənab Prezident tərəfindən qəbul olunan yeni dövlət proqramları ilə bağlı olaraq Strategiya üzərində son tamamlanma işləri aparılır və yaxın aylarda təsdiq olunacağı gözlənilir", - deyə Ə.Əsədov bildirib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
Əli Əsədov iclas keçirir
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
-
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - (Foto)
XƏBƏR LENTİ
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Azərbaycan Qran-Prisi: İkinci sərbəst yürüş başladı - (Yenilənib)
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir
-
Bakıda Formula 2 üzrə ikinci sıralama turu başa çatıb - Yenilənib
-
Maşınınız duracağa aparılarsa, bu qədər pul ödəyəcəksiniz - Yeni qiymətlər
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Formula 2: Azərbaycan Qran-Prisində ilk sıralama turu yekunlaşıb - Yenilənib
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı





