Dünya

ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı

24 Sentyabr 2026 14:36
Baxış: 210
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ və Çin "Pusan razılaşması" kimi tanınan ikitərəfli "ticarət atəşkəsi"ni 2027-ci il yanvarın 10-dək uzatmaq barədə razılığa gəliblər.

Bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox News" telekanalına müsahibəsində bildirib.

"Bu gün iki ölkə arasında müddəti noyabrın 10-da başa çatmalı olan, "Pusan razılaşması" adlanan sənədin müddətinin yanvarın 10-dək uzadılması barədə razılığa gəldik. Bu, iqtisadi sahədə imkanlarımızı qiymətləndirmək üçün bizə daha çox vaxt verəcək", - deyə Bessent bildirib.

"Fox News" qeyd edir ki, "Pusan razılaşması" 2025-ci ilin oktyabrında Prezident Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən əldə edilib. Razılaşma iki ölkə arasında iqtisadi gərginliyi azaltmağa yönəlmiş "ticarət müharibəsində" atəşkəs xarakteri daşıyır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.