Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İdmanın bütün faydaları əslində məşq bitən kimi ortaya çıxır. İnsan bədəni yaşlandıqca əzələlər əzələ yaradan siqnallara və zülala qarşı daha dözümlü olur.
Milli.Az xəbər verir ki, xüsusilə 30 yaş və üzəri şəxslərdə əzələ kütləsini qorumaq, toxuma bərpasını təmin etmək və keyfiyyətli yaşlanmaq tamamilə məşqdən sonrakı bərpa (recovery) prosesindən asılıdır. Dünyaca məşhur fitnes məşqçiləri və mütəxəssislər bədən qurmaqdan əlavə uzun və sağlam ömür hədəfləyən 30 yaş üstü şəxslər üçün kritik əhəmiyyət daşıyan qızıl qaydaları və düzgün bərpa bələdçisini açıqlayıblar.
Əzələləri və bədəni bərpa edən 6 qızıl addım
Keyfiyyətli və nizamlı yuxu: Əzələ bərpasının və böyümə hormonunun zirvəyə çatdığı 7 ilə 9 saatlıq fasiləsiz yuxu həyati əhəmiyyət daşıyır. Dərin yuxu üçün yatmazdan bir neçə saat əvvəl yemək yeməyi dayandırmaq, ekran istifadəsinə son qoymaq, yataq otağının temperaturunu 15-18 dərəcə arasında saxlamaq və zülmət qaranlıq mühit təmin etmək tövsiyə olunur. Həmçinin isti duş qəbul etmək daxili bədən hərarətini əvvəlcə yüksəldib, ardından aşağı salaraq yuxuya getməyi asanlaşdırır.
Müntəzəm qan analizi və hormon izlənməsi: Otuzlu yaşlardan etibarən dəyişən hormon səviyyələri və biokimyəvi göstəricilər bərpa prosesini birbaşa ləngidir. Qan təzyiqi, şəkər və hormon səviyyələrini müntəzəm testlərlə izləmək əzələ inkişafının qarşısındakı gizli maneələri üzə çıxarır.
Temperaturun gücündən istifadə edin (İsti terapiya): Məşqdən sonra sauna və ya isti duş qan damarlarını genişləndirərək yorğun əzələlərə qan dövranını və qida daşınmasını artırır. İstilik sayəsində ifraz olunan istilik zülalları əzələ funksiyalarındakı yaxşılaşmanı sürətləndirir.
Düzgün uzanma (stretching) texnikası: Məşq zamanı yığılan və boyu qısalan əzələləri məşq bitimində uzadaraq əvvəlki formasına qaytarmaq əzələ sərtliyinin qarşısını alır və hərəkətliliyi (mobilliyi) artırır.
Düzgün zülal və Maye qəbulu: Egzersizdən sonra qəbul edilən 20-40 qram keyfiyyətli zülal toxuma bərpasını işə salır. İdman öncəsi və zamanı içilən kifayət qədər su isə məşq zamanı performans düşüşlərinin və əzələ qıcolmalarının qarşısını alır.
Bədəndəki stres və kortizolu azaltmaq: Ağır məşqlər sağlam olsa da, bədəndə stres və kortizol hormonunu artırır. Məşqdən sonra dincəlməyə vaxt ayırmaq və bədəni stresdən təmizləmək lazımdır.
"Yaxşı ağrı" ilə "pis ağrı" arasındakı incə xəttə diqqət
İdman sonrası yaşanan əzələ ağrılarının ən çox 1-2 gün davam etməsi normal qəbul edilir. Əgər hər hansı bir məşqin ağrısı və ya bərpa müddəti bir həftəni uzadırsa, oynaqlarda və dizlərdə sızıltılar olursa, bu vəziyyət imkanların çox fevqində çalışıldığını göstərir. Mütəxəssislər zədələnmənin qarşısını almaq üçün belə hallarda idmanı buraxmaq əvəzinə məşq intensivliyini və dəst saylarını 30% azaldaraq davam etməyi tövsiyə edirlər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Rəna Ağamuradova: “Desəm, sevgilim məni öldürər”
-
Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
-
İnstaqram və Tiktok istifadə edənlər izlənilir - Bu funksiyanı dərhal söndürün
-
Həftə sonuna qədər uğur qazanacaq bürclər
-
16 min nəfərin yuxusu araşdırıldı - telefonlar yuxumuza niyə girmir?
-
Köhnə kompüter monitorunu televizora çevirmək üçün sadə və ucuz üsul
XƏBƏR LENTİ
-
“Çelsi”nin futbolçusu 400 minlik "Ferrari"si ilə qəzaya düşdü - (Foto)
-
ABŞ-da üçmərtəbəli bina çökdü: Ölənlər və yaralananlar var
-
Nvidia rəhbəri ilə bağlı şok iddia: Çin kəşfiyyatı, milyardlar və gizli münasibət
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Rəna Ağamuradova: “Desəm, sevgilim məni öldürər”
-
General Natiq Əliyevin qızı saxlanıldı
-
Qəbiristanlıqda təkgözlü körpə skeleti tapıldı
-
Rusiyada zəlzələ oldu
-
Bu yollarda tıxac var - Siyahı
-
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - (Foto)
-
Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
-
İnstaqram və Tiktok istifadə edənlər izlənilir - Bu funksiyanı dərhal söndürün
-
Həftə sonuna qədər uğur qazanacaq bürclər
-
“Dostları ərimi xəyanətə təşviq edirlər…” - Yasemin Sakallıoğlu
-
16 min nəfərin yuxusu araşdırıldı - telefonlar yuxumuza niyə girmir?
-
Köhnə kompüter monitorunu televizora çevirmək üçün sadə və ucuz üsul
-
Nə yulaf, nə qranola: Qatığa bir qaşıq əlavə edənlərin bağırsağı mühərrik kimi işləyir
-
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
-
Nə tualet fırçası, nə də zibil qutusu - ən təhlükəli əşya mətbəxdə imiş
-
Şəmkirdə ağır qəza - 2 nəfər ölüb, 1 nəfər yaralanıb
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 12 Noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü - (Foto)
-
Günün qoroskopu: Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq





