Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası (#UNGA81) çərçivəsində ABŞ Ticarət Palatasının İcraçı Dəyirmi Masa toplantısında aparıcı korporasiyaların rəhbərləri və ABŞ-nin əsas şirkətlərinin nümayəndələri qarşısında çıxış edib.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Müzakirələr zamanı Azərbaycanın geostrateji əhəmiyyəti, 2025-ci ildə keçirilmiş tarixi Vaşinqton sammitindən sonra Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq, eləcə də əsas istiqamətlər üzrə ikitərəfli əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Nazir çıxışı zamanı iştirakçıları Azərbaycanın xarici siyasət prioritetləri və müstəqilliyini bərpa etdikdən sonra atdığı addımlar, Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsas istiqamətləri barədə məlumatlandırıb, iqtisadiyyat, energetika, ticarət, rəqəmsal transformasiya, süni intellekt, bağlantı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın əsas strateji istiqamətlərini, həmçinin regional prosesləri və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini diqqətə çatdırıb.
Aşağıdakı məsələlər qeyd olunub:
- 2025-ci ilin avqustunda imzalanmış Vaşinqton Birgə Bəyannaməsi və paraflanmış Sülh Sazişindən sonra regional normallaşma prosesi, o cümlədən tranzit məhdudiyyətlərinin aradan qaldırılması və Ermənistanla birbaşa ikitərəfli ticarət əlaqələrinin başlanması kimi etimad quruculuğuna yönəlmiş praktiki tədbirlər;
- Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsində, eyni zamanda regional bağlantının, ticarətin və iqtisadi inteqrasiyanın gücləndirilməsində TRIPP layihəsinin əhəmiyyəti;
- Azərbaycanın Orta Dəhliz və "Rəqəmsal İpək Yolu" vasitəsilə regional bağlantı mərkəzi kimi strateji rolu;
- ilk ABŞ-Azərbaycan İqtisadi Dialoqunun nəticələrinə əsasən ticarət, energetika, süni intellekt və bağlantı üzrə birgə işçi qruplarının fəaliyyətə başlaması; dialoq çərçivəsində imzalanmış 10-dan çox saziş üzrə 8 milyard dollardan artıq kommersiya öhdəliyinin əldə edilməsi;
- ABŞ şirkətləri ilə tərəfdaşlıq da daxil olmaqla, energetika sahəsində mühüm strateji nailiyyətlər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 12 Noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Antalyada Birinci xanım Mehriban Əliyeva və Əminə Ərdoğandan səmimi görüntülər - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - (Foto/Video)
-
Tehran öz dininə xəyanət edir
-
Azərbaycan və Gürcüstan arasında dini sahədə münasibətlər müzakirə olunub
XƏBƏR LENTİ
-
Həftə sonuna qədər uğur qazanacaq bürclər
-
“Dostları ərimi xəyanətə təşviq edirlər…” - Yasemin Sakallıoğlu
-
16 min nəfərin yuxusu araşdırıldı - telefonlar yuxumuza niyə girmir?
-
Köhnə kompüter monitorunu televizora çevirmək üçün sadə və ucuz üsul
-
Nə yulaf, nə qranola: Qatığa bir qaşıq əlavə edənlərin bağırsağı mühərrik kimi işləyir
-
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
-
Nə tualet fırçası, nə də zibil qutusu - ən təhlükəli əşya mətbəxdə imiş
-
Şəmkirdə ağır qəza - 2 nəfər ölüb, 1 nəfər yaralanıb
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 12 Noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü - (Foto)
-
Günün qoroskopu: Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq
-
Brüs Uillisin dili tutuldu
-
İtaliyada 6300 məktəbə bomba xəbərdarlığı göndərildi
-
Nərmin Abdinova Avropa çempionu oldu
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
-
Orbanın qardaşı həbs edildi
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
Tayland turist vergisi tətbiq edəcək
-
Rusiyanın ABŞ-dəki səfiri ölüb
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
Arif Mirzəyev vəfat etdi
-
Kəmaləddin Heydərov Polşa səfirliyində olub, başsağlığı verib - (Foto/Video)





