"Fevrala kimi 450 min nəfər öləcək" - hava xəbərdarlığı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
El-Nino hadisəsinin təsiri ilə qlobal temperaturun yüksəlməsi fevraladək dünyada təxminən 450 min əlavə ölümə səbəb ola bilər. Tədqiqatçıların hesablamalarına görə, insanların həddindən artıq istidən qorunması üçün tədbirlər görülməzsə, bu risk arta bilər.
Milli.Az xəbər verir ki, Çikaqo Universitetinin İqlim Təsirləri Laboratoriyasının hesabatına əsasən bu barədə məlumat yayılıb.
Hansı ölkələr daha çox risk altındadır?
İqlimşünasların qiymətləndirməsinə görə, qarşıdakı altı ayda ən böyük təsir Cənub yarımkürəsində hiss oluna bilər. Burada temperatur artımı yaz və yay aylarına təsadüf edəcək.
El-Ninonun Şimal yarımkürəsində yazadək davam edəcəyi proqnozlaşdırıldığından, fevraldan sonra bu bölgələrdə də həddindən artıq isti ilə əlaqəli ölüm hallarının artması ehtimal olunur.
"Rhodium Group"un nümayəndəsi Emili Qrover-Kopek bildirib ki, yüksək ölüm göstəriciləri tədricən şimala doğru yayıla bilər. Onun sözlərinə görə, Hindistan və Pakistan xüsusilə həssas ölkələr sırasındadır.
Proqnoz necə hesablanıb?
450 min əlavə ölüm ehtimalı havanın temperaturu ilə ölüm göstəriciləri arasında müşahidə olunan əlaqə əsasında hesablanıb. Tədqiqatçılar həm həddindən artıq istinin, həm də güclü soyuğun ölüm hallarını artıra bildiyini nəzərə alıblar.
Bununla belə, təsirin miqyası bölgələrə görə dəyişir. Əhalinin və infrastrukturun yüksək temperatura uyğunlaşması, eləcə də insanların kondisionerlərdən istifadə imkanları nəticələrə təsir göstərir.
Oxşar yanaşmadan əvvəllər Avropadakı isti dalğalarının nəticələrini qiymətləndirmək üçün də istifadə olunub. Məqalədə istinad edilən araşdırmalardan birinə görə, iyun ayında yaşanan isti dalğası Avropada təxminən 20 min ölümlə əlaqəli ola bilər.
Ölkələr əvvəlcədən hazırlaşmalıdır
Qrover-Kopek vurğulayıb ki, proqnozun məqsədi dövlətlərin ekstremal istilərə vaxtında hazırlaşmasına və resurslarını düzgün bölüşdürməsinə kömək etməkdir.
Təklif olunan tədbirlər arasında həssas qrupların vəziyyətinin tibb işçiləri tərəfindən yoxlanılması, əhalinin kifayət qədər içməli su ilə təmin edilməsi və sərinlənmə imkanlarının artırılması yer alır.
Fəsadlar yalnız istilərlə məhdudlaşmır
Hesabatda yalnız temperatur artımı ilə birbaşa əlaqəli ölüm halları nəzərə alınıb. Halbuki El-Nino meşə yanğınları, daşqınlar və yoluxucu xəstəliklərin yayılması kimi digər risklərə də təsir göstərə bilər.
Məqalədə İndoneziyada meşə yanğınları, Cənubi Amerikada yoluxucu xəstəliklər və ABŞ-nin qərbində daşqınlar mümkün təhlükələr sırasında göstərilir. Bu səbəbdən hadisənin ümumi təsirinin hesablamalarda göstəriləndən daha ağır ola biləcəyi bildirilir.
El-Nino Sakit okeanın tropik qurşağının mərkəzi və şərq hissələrində səth sularının normadan artıq isinməsi ilə xarakterizə olunan təbii iqlim hadisəsidir. Güclü El-Nino Amazon bölgəsində quraqlığı dərinləşdirə və genişmiqyaslı meşə yanğınları riskini artıra bilər. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Fevrala kimi 450 min nəfər öləcək" - hava xəbərdarlığı
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
BƏƏ İrana uçuşları dayandırdı
XƏBƏR LENTİ
-
Bakıda Formula 2 sprint yarışına start verilib -
-
"Fevrala kimi 450 min nəfər öləcək" - hava xəbərdarlığı
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)





